Dünyadan böyük bir sənətkar köçdü...

... Xalq artisti Rəmişin ölümü mənə 1990-cı illərin  qanlı-qadılı günlərini xatırlatdı. Məlumdur ki, 20 yanvar hadisələrindən sonra Azərbaycanda fövqəladə vəziyyət elan olunmuşdu, sovet-rus əsgərləri Bakıda sözün əsl mənasında ağalıq edirdilər. Onlar hətta 2-3 nəfərin bir yerə toplaşmasına belə imkan vermirdilər. Xalqımızda böyük bir ruh düşkünlüyü yaranmışdı, hamı xof, həyəcan içərisində yaşayırdı. Biz xalqın mübarizə ruhunu, inamını özünə qaytarmaq üçün müxtəlif yollar, üsullar arayırdıq. Götür-qoy etdikdən sonra qərara gəldim ki, xalqı bir araya toplamaq üçün sevilən bir musiqiçinin iştirakı ilə Şəhidlərin xatirəsinə həsr olunmuş xeyriyyə konserti təşkil edək. Muraciət etdiyimiz məşhur musiqiçilərdən  bir neçəsi o dövrdə qorxaraq konsertdə çıxış etməkdən imtina etdilər. Lakin virtuoz ifaçı, elektrogitaranı ilk dəfə xalqımıza sevdirən Rəmişi həmin tədbirə dəvət edəndə, vətənpərvər, cəsarətli Rəmiş böyük məmnuniyyətlə təklifi qəbul etdi və Nizami rayonunda yerləşən o vaxtki “Sevinc” kinoteatrında 2 gün fasilələrlə  konsert proqramı ilə çıxış etdi. Rəmişin gitarasının sədaları xalqın azadlıq mübarizəsinə elə bir qığılcım atəşi oldu ki, insanların içindəki o qorxu hissini məhv etdi. 
O dövr üçün böyük fədakarlıq olan bu hadisəni təvazökar Rəmiş heç vaxt dilinə gətirməsə də, konsertin keçirilməsinə etrazını bildirən bəzi siyasətçilər hətta sonradan onun bəhrəsindən öz məqsədləri üçün istifadə etdilər... 
...Azərbaycanımız müstəqilliyinə qovuşdı, Rəmiş bu ölkənin Xaql artisti oldu...Şükür Allaha ki, ata-baba yurdunun işğaldan azad olunduğu günü də gördü. Daha rahat yata bilərsən. Xatirələrin könlümüzdə, əvəzsiz ifan, musiqilərin Azərbaycan xalqının yaddaşında əbədiyyən qalacaqdır.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB, “Əlillər Dünyası” qəzeti və “Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB-in  kollektivi adından Rəmişin doğmalarına, qardaşları Vaqifə və Romikə  dərin hüznlə başsağlığı veririk.
Allah sənə rəhmət eləsin, Rafik Hüseynov.  
 
Tahir Xudiyev
“Əlillər Dünyası” qəzeti
Zərnişan Turan
“Turan” Türk Xalqlarının Mədəniyyət Mərkəzi İB
 
05.04.2021

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA