“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in kollektivi “Hüquq Müdafiəçisi” Medalı ilə təltif edildi

Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1992-ci ildən 5 may bütün dünyada "Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü" kimi qeyd olunur. Bu günün qeyd olunma­sında məqsəd əlillərin və sağlamlıq im­kanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiya­sını gücləndirməkdir. Azərbaycanda bu qəbildən olan insanların sayı 600 min nəfərə yaxındır. Ölkəmizdə əlilliyi olan insanların sosial müdafiəsi, reabilitasiyası və əlilliyin qarşısının alınması ilə bağlı dövlət proqramları mövcuddur.

        

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirir, bütün kateqoriyalı əlilliyi olan insanların, qaçqın və məcburi köçkünlərin, əlilliyi olan məhbusların və ailə üzvlərinin hüquqlarının müdafiəsi, sosial və tibbi problemlərinin həlli ilə məşğul olur, yeri gəldikdə ictimai vəkillik də edir, onlara psixoloji yardım, hüquqi və sosial xidmətlər göstərir, mədəni istirahətlərini təşkil edir, təhsil, müalicə almasına yardım göstərir və onların sosial-iqtisadi problemlərini ictimailəşdirir. 05.05.2021-ci il tarixində “Beynəlxalq Əlillər Cəmiyyəti” İB Hüquq Müdafiəçisi medalı ilə təltif edilib.

Bu münasibətlə BƏC İB kollektivini təbrik edir, işlərində uğurlar arzulayırıq.

                                                                           

 

"Əlillər Dünyası" qəzetindən

06.05.2021                                                         

 

 

                           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA