İyunun 26-da qardaş Türkiyədə Uluslararası İpekyolu Dərgisinin 17-ci "İpekyolu İlin Altın Adamları Ödül Töreni” keçirilib. Müxtəlif nominasiyalar üzrə keçirilən ənənəvi mükafatlandırma mərasimində 10-dan çox Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş bir çox tanınmış şəxsiyyətlər  iştirak edirdi.

“Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB–in və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə Heyəti üzvü, hər iki təşkilatın Türkiyə üzrə nümayəndəliyinin rəhbəri Furqan Babayev həmin mərasimdə “İlin Gənc İş Adamı” kimi yüksək mükafata layiq görüldü. Bu münasibətlə Furqan Babayevi təbrik edir, hər bir işində müvəffəqiyyətlər arzulayırıq. Bu, Azərbaycanın fəxridir.

Mükafatlandırılanlar sırasında Özbəkistan və Qazaxstanın Türkiyədəki böyük elçiləri, Makedoniyadan, Qaqauz elindən, Rumıniyadan olan millət vəkilləri və iş adamları ilə yanaşı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı da var idi. “Azərbaycan-Türkiyə Evi”nin sədri Tənzilə Rüstəmxanlı da iştirakçılar sırasında Azərbaycanı təmsil edirdi.

        

Onu da qeyd edək ki, hər bir zaman Azərbaycanın yanında olan, kədərinə kədərlənib, böyük zəfərinə sevinən qardaş Türkiyədə 03.07.2021-ci il tarixində saat 13.00-da “İpekyolu Komu Diplomasisi ve  Ekonomik İşbirliği Teşkilatı”nın Başkanı Dr. Seyfullah Türksoyun təşkilatçılığı ilə Qarabağın düşməndən azad olunması münasibətilə “Karabağ zafarini kutlama ve Harı Bülbül Kardeşlik Şöleni” adlı böyük tədbir keçiriləcək. Bunun üçün Türk Dünyasıyla könül köprüləri quran Dr. Seyfullah Türksoya təşəkkür edir və hər bir işində bundan sonra da uğurlar arzulayırıq.

       

       

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetindən     

02.07.2021                                                

 

 

                           

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA