Nəhayət ki, Mədəniyyət Nazirliyi yanında İctimai Şura yaradıldı

 

 

Bu gün Beynəlxalq Muğam Mərkəzində  Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın fəaliyyətinin təmin edilməsi ilə əlaqədar yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuraya təkrar seçkilər keçirildi. İctimai Şura üzvlərinin sayı 9 nəfər müəyyən edilmişdir. 13.07.2021-ci il tarixində keçirilən ilkin seçkilərdə "Mədəni İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Gəray Əlibəyov səs çoxluğu ilə Şuraya üzv seçildiyindən, bu günki seçkilərdə  48 nəfər vətəndaş cəmiyyəti nümayəndələrindən 8 nəfər boş qalan yerlərə seçildi.

Qeyd etmək istəyirik ki, vətəndaş cəmiyyətləri üzvlərindən ibarət olan seçicillər arasında müşahidə olunan qruplaşmalar təəssüf hissi doğurdu.

Lakin buna baxmayaraq  Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçilən bir neçə layiqli üzvləri, eləcə də “Xan Şuşinski Fondu”nun rəhbəri Bəyimxanım Verdiyevanı təbrik edir, öz işlərini layiqincə icra etmələrini arzulayırıq.

  Tahir Xudiyev

“Əlillər Dünyası” qəzetindən

16.07.2021

                                                                           

 

 

 

 

BANK REKVİZİTLƏRİ:

“Beynəlxalq Əlillər Dünyası”İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

ƏLİLLƏR DÜNYASI QƏZETİ

BAŞ REDAKTORDAN

Nə üçün "Əlillər Dünyası" ?

Qəzetin təsisçisi və baş redaktoru Tahir Xudiyev: "Əlillər Dünyası" sizin öz dünyanız olacaq"

“Əlillər Dünyası” qəzeti 2002-ci ildən təsis olunub. Dövlət qeydiyyatından keçən hüquqi, İctimai-siyasi qəzet olan "Əlillər Dünyası"nın  əsas məqsədi cəmiyyətdə əlillərin potensialını göstərmək, onların heç də ianə ünvanı olmadığını diqqətə çatdırmaqdır. Əlillərə göstərilən qayğı, onların arzuları, düşüncələri, eləcə də problemləri qəzetimizdə öz əksini tapacaqdır. Əhalinin bu kontingentinə biganə münasibət bəsləyən məmurlar kəskin tənqid hədəfimizə çevriləcəklər. Əlillərlə bağl

RƏYLƏR

"ƏLİLLƏR DÜNYASI"na xoş arzular

"Qeyd etmək istəyirəm ki, böyük enreji ehtiyatlarına malik Azərbaycan bu gün də sürətlə inkişaf edir. Mən əminəm ki, qəzetinizin kollektivi də ölkənizin belə sürətli inkişafı ilə ayaqlaşır. Həqiqətən də, "Əlillər Dünyası" qəzetinin kollektivi fəaliyyət göstərdiyi sahədə gənc, müstəqil Azərbaycan dövləti üçün böyük işlər görür". Enn Dersi, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ("Əlillər Dünyası" в„– 17, 2 sentyabr, 2008-ci il)

VİDEOLENT

Beynəlxalq Əlillər Cəmiyyəti

FOTO QALEREYA