“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin saytı dağıdılmışdı!
İllərlə çox çətinlik və zəhmət hesabına gördüyümüz işlər haqqında məlumatlar saytımızda öz əksini tapmışdır. Əlillərin saytın tərtibatında çəkdiyi əziyyətlər, gördüyü işlər barədə məlumatların belə qəddarcasına məhv edilməsi kimə və nəyə lazım idi?! Ümidini bizə bağlayan əlillərə bu amansız bir mənəvi zərbə oldu. Bir deyimdə deyildiyi kimi, onsuz da əzabkeş olan əlillərə bir bu gün çətindir, bir də həmişə....
Bizə qarşı olan bu təxribatın kimlərin tərəfindən törədildiyinin aydınlaşdırılması üçün aidiyyəti dövlət qurumlarına üz tutduq, saytımızın bərpa edilməsi üçün onlardan kömək istədik. Çox çətinliklə olsa da gördüyünüz kimi, saytımız yenidən bərpa olundu.
Yeri gəlmişkən, saytımızın bərpa olunmasında köməklik göstərənlərin hər birinə təşəkkürümüzü bildiririk.
Məlumat üçün bildiririk ki, www.bec.az saytı iki il əvvəl Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təmənnasız olaraq yaradılmışdı.