“Beynəlxalq Əlillər Cəmiyyəti”
ictimai birliyinin (BƏC İB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə
həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı
layihəsi zamanı ictimai birliyə Zaqatala rayonu Car kəndinin sakinləri Məhəbbət
Abramova, Qarabağ müharibəsi əlili Elxan Arasov və anadangəlmə xəstə uşaq
Asiyat Qazıyevanın valideynləri müraciət etmişlər. Bu günlərdə BƏCİB-in əməkdaşları
onların problemləri ilə yaxından tanış olmaq üçün Zaqatala rayonunun Car kəndinə
səfər etmişlər.
Məhəbbət Abramova bildirir
ki, övladı 19 mart 2000-ci il təvəllüdlü Abramov Qurban Bahaddin oğlu onurğa-beyin
yırtığı xəstəliyi ilə 1-ci qrup əlildir, evdə natamam orta təhsil alıb. Əlil
arabasına möhtac olduğu üçün evdən heç yerə çıxa bilmir. Çünki çıxmağa nə yer
var, nə də şərait. M.Abramova yollarda əlil arabaları üçün pandusların
olmadığından, əlilliyi olan insanların görüşməyi üçün, nə isə bir işlə,
oyunlarla məşğul olması üçün müəyyən bir yerlərin olmamasından gileylənir.
Car kənd sakini Qarabağ müharibəsi
iştirakçısı Elxan Arasovun problemi isə Qarabağ müharibəsi əlilliyinin naməlum
səbəblərdən avqust ayının 1-dən ləğv edilməsi və mənzil növbəsinə alınmaması ilə
əlaqədardır. Məlum oldu ki, onun kimi 25 nəfərin də belə bir problemi var, bu
da çox təəssüf hissi doğurur.
2022-ci il təvəllüdlü anadangəlmə
daun sindiromlu Qazıyeva Asiyat Ramiz qızına əlilliyin düzgün təyin olnmamasından
şikayətlənir. Belə ki, ona 1-ci dərəcəli əlilliyin təyin olunması üçün poliklinikadan
TSEK-ə Forma 88-in təqdim olunmasına, hətta ağır xəstə olan Asiyat üçün dövlət
tərəfindən xüsusi baxıcının təyin olunmasına baxmayaraq hələ də ona 1-ci dərəcəli
əlillik verilməyib. İcitmi Birlik tərəfindən araşdırma aparılaraq həqiqətən də
Asiyat Qazıyevaya 2-ci qrup əlilliyin təyin olunduğu məlum oldu.
BƏCİB tərəfindəfn
onların problemlərinin müsbət həlli üçün aidiyyəti dövlət qurumlarına müraciət
edilib.
Mətbuat Xidmətindən
18.08.2025
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD