Cəmiyyət haqqında

Cəmiyyət haqqında image

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) 2008-ci ildə təsis olunmuş, 30 iyun 2010-cu il tarixində 1110-Q32-2863 saylı qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatına alınmışdır. BƏC İB Azərbaycan Respublikasını əhatə edir.

Birliyin fəaliyyətinin əsas məqsədi bütün kateqoriyalardan olan əlilliyi olan insanların sosial müdafiəsini gücləndirmək üçün yerli, beynəlxalq və xarici təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasından ibarətdir. BƏC İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirir, bütün kateqoriyalı əlilliyi olan insanların, qaçqın və məcburi köçkünlərin, əlilliyi olan məhbusların və ailə üzvlərinin hüquqlarının müdafiəsi, sosial və tibbi problemlərinin həlli ilə məşğul olur, yeri gəldikdə ictimai vəkillik də edir,onlara psixoloji yardım, hüquqi və sosial xidmətlər göstərir, mədəni istirahətlərini təşkil edir, təhsil, müalicə almasına yardım göstərir və onların sosial-iqtisadi problemlərini ictimailəşdirir. Bundan başqa BƏC İB sağlamlıq imkanları məhdud insanların hüquqlarının qorunmasına və onların problemlərinə həsr edilmiş monitorinqlər aparır, müxtəlif mövzularda dəyirmi masa və görüşlər keçirir, əlilliyi olan istedadlı insanların əl işlərindən ibarət sərgilər təşkil edir, iməciliklər, mədəni-kütləvi tədbirlər, konsertlər və həmin istiqamətlərdə müxtəlif layihələr həyata keçirir.

Nizamnaməsinə uyğun olaraq İctimai Birlik əlilliyi olan insanların ayrı-ayrı ekstremist qrupları tərəfindən terror fəaliyyətində iştirakının, həmçinin əlilliyi olan qadınların ictimai bəlalara (insan alveri, narkotik vasitələrin daşıyıcısı, psixotrop dərman preparatlarının qanunsuz dövriyyəsi) cəlb olunmasının qarşısının alınması üçün dövlət proqramında nəzərdə tutulmuş maarifləndirmə işləri apara bilər.

Birlik siyasət və kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. İB toplanan üzvlük haqqı, xeyriyyəçi insanların, iş adamlarının maliyyə dəstəyi və donorlar vasitəsi ilə həyata keçirilən layihələr hesabına fəaliyyət göstərə bilər.

Öz fəaliyyətində tolerantlığı əsas götürən İB-ə dinindən, irqindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir kəs üzv ola bilər.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının ərazisində və xaricdə filial və nümayəndəliklərini təsis edə bilər.

İanə məlumatları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.

Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Koalisiyalar

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union