“Beynəlxalq Əlillər Cəmiyyəti”
ictimai birliyinin (BƏCİB) üzvləri - 2-ci qrup Qarabağ müharibəsi əlili
H.Xudiyev, 2-ci qrup Qarabağ müharibəsi əlili, Milli Qəhrəman Asif Məhərrəmovun
qardaşı S.Məhərrəmov və layihə rəhbəri T.Xudiyev Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Konstitusiya və
Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial
inteqrasiya" adlı layihənin icrası zamanı Şuşa, Laçın, Ağdam, Xankəndi və Gəncə
şəhərlərində olmuş, əlil və şəhid ailələri ilə görüşmüşlər.
Gəncə şəhərində Tehranda
şəhid edilmiş Orxan Əsgərovun atası Rizvan Əsgərova, hər biri polis əməkdaşı
olan 2 qardaşı və həyat yoldaşı Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş, Xankəndi
şəhərində yaşayan Təranə Şahmuradovaya baş çəkmişlər.
Mətbuat Xidmətindən
27.08.2025
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin bu bank hesabının xeyirxah insanların maddi yardımına böyük ehtiyacı vardır.
Edilən hər bir yaxşılığa görə cəmiyyət adından əvvəlcədən təşəkkürümüzü bildiririk.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD