1990-cı il 20 yanvarın qanlı xatirələri

1990-cı il 20 yanvarın qanlı xatirələri
1990-cı il 20 yanvarın qanlı xatirələri
1990-cı il 20 yanvarın qanlı xatirələri
1990-cı il 20 yanvarın qanlı xatirələri
1990-cı il 20 yanvarın qanlı xatirələri
1990-cı il 20 yanvarın qanlı xatirələri

Hər il 20 yanvar yaxınlaşarkən 1990-cı ildəki, yaddaşımızdan silinməyən qanlı hadisələr gözümün qarşısından yenidən kino lenti kimi gəlib keçir. O vaxt xalqla dövlət arasında böyük vəhdət yaranmışdı.  İndi danışacağım hadisə bəlkə də kiminsə xatirində və ya çəkilş kimi arxivində qalıb: 20 Yanvar şəhidlərinin 40 mərasimi günündə ziyarət məqsədi ilə o vaxtkı Əzizbəyov, Nizami, Sabunçu və Suraxanı rayonlarının sakinləri o vaxtkı Əzizbəyov metrosu ərazisində toplaşaraq Şəhidlr Xiyabanına üz tutduq. Qaqarin körpüsü yanında isə Xətai rayonunun sakinləri də bizə qoşuldu.  Mən də o dövrlərdə milli xalq hərəkatının öncüllərindən, söz sahiblərindən biri idim. 150 minədək kütlənin qarşısında Böyük Vətən Müharibəsi veteranı olan atamın 07-07 nömrəli “Zaporojest” markalı avtomoli ilə mən və əslən Dərələzli olan Qara Həsən ləqəbli dostum gedirdik. Qaqarin körpüsünü keçəndən sonra o vaxt özünün polkovnik kimi təqdim edən, xalqa çox yaxşı məlum olan( adını çəkmək istəmirəm) bir nəfər kütlənin qarşısına çıxaraq camaatı Hökumət Evinin qarşısından aparmağa təkid edirdi. Lakin bir nəfər başqa gənc isə yalvararaq bildirdi ki, əli qana batmış sovet-rus imperiyasının hərbçiləri Hökumət Evinin qarşısında hazır silahlı dayanıblar. Ordan keçmək xalqı yenidən qırğına verməkdir. “Polkovnik” yenidən bizə yanaşanda mən onu acılayıb qovdum. Kütləni Hökumət Evinin arxası ilə aparmağa nail olduq. Bununla da xalqı yenidən qırğından qurtardıq.

O vaxtdan 31 il keçib. Zamanla  hər kəs öz layiqli adını alır. “Polkovnik” o hadisədən sonra da öz xəyanətkar hərəkətləri, vətənə “xidmətlər”i ilə kim olduğunu Qarabağ döyüşlərində də sübut etdi. Sonradan məlum oldu ki, xalqı yenidən qırğına verməmək üçün yalvaran gənc isə mötəbər dövlət qurumunun əməkdaşı imiş. Onu həmişə hörmət və ehtiramla andığımız kimi, “polkovniki” də özünəlayiq “hörmətlə” xatırlayırıq.

Bəzi deputatlar 20 Yanvarda həlak olanlar barəsində - evlərində güllə dəyib onlara, şəhid deyillər,- desə də, fikrimcə, onlar Azərbaycanımızın müstəqilliyi uğrunda ilk şəhidlərdir. Sağ qalsaq da, biz də canlı şəhidlərik. Əgər Azərbaycanımızın müstəqilliyi üçün hər hansı bir təhlükə yaranarsa, bizlər hər an şəhid olmağa hazırıq.

 

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetinin Baş Redaktoru

20.01.2022  

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union