3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir

Bu gün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi əməkdaşlıq etdiyi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə birgə 3 Dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbir  həyata keçirdi.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Tahir Xudiyev  Azərbaycan Respublikasında bütün kateqoriyalı əlilliyi olan insanların Azərbaycan Respublikası Konstitusiyasında, həmçinin digər qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malik olduqlarından, “Əlillər Dünyası” qəzetinin 2003-cü ildən və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin isə  2008-ci ildən həmin bu qanunları əldə rəhbər tutaraq birgə fəaliyyət göstərməsindən qısaca məlumat verdi.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə yeni inşa edilmiş AMEA Mərkəzi Elmi Kitabxanasının “Royalyanı Meydança”sında baş tutan tədbirdə çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva,  Baki şəhər Baş Səhiyyə İdarəsinin  Nurməhəmməd  Yarıyev, Qafqaz Universitetinin professoru Niftalı Qocayev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvü, 1-ci qrup əlil Saleh Əzizli dövlətimizin əlilliyi olan insanlara göstərdiyi diqqət və qayğıdan danışdılar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Təbliğat Şöbəsinin sektor müdiri Şövkət Bəkirov, Ombudsman Aparatının Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov, Penitensiar Xidmətin Beynəlxalq Əlaqələr Qrupunun rəhbəri, ədliyyə mayoru Rövşən Hacıyev  “Beynəlxalq Əlillər Cəmiyyəti”nin əlilliyi olan insanlara gösrətdiyi köməkliyi və Hüquq və İnsan Haqları İnstitutu ilə birgə keçirilən bugünki tədbiri yüksək qiymətləndirdilər.

Tədbirin aparıcısı AMEA-nın “ElmTV” studiyasının direktoru, həmçinin İB-in hər bir işində onlara mənəvi dəstək olan Xatirə Cabbarzadə 3 dekabr tarixinin "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması barədə 1992-ci il oktyabrın 14-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində   Bəyannamə qəbul edildiyini və bu günün məqsədinin əlilliyi olan bütün insanların hüquqlarının qorumasından və cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etməkdən ibarət olduğunu iştirakçıların diqqqətinə çatdırdı. 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Abdulla Əfəndiyev əlilliyi olan insanlara hər bir sahədə xüsusi qayğı olmasını, eləcə də gözdən əlil insanlar üçün xüsusi olaraq səsli Quran kitabının hazırlandığını  təqdirəlayiq bir hal olduğunu vurğuladı.

Tədbirin bədii hissəsində İctimai Birliyin Mədəniyyət Mərkəzinin uşaqlardan ibarət rəqs qrupu öz gözəl rəqsləri, gənc müğənni Kamil Ağazadə, İB-in üzvü, 1-ci qrup gözdən əlil Abdulla Əhmədov, eləcə də respublikada keçirilən muğam müsabiqələrinin qalibləri, xalq artisti Mənsum İbrahimovun istedadlı tələbələri Sədəf Budaqova, Elsevər Muradov, Gülzar Fərəcova, Nurlan Namazov, müşayətçilər Elnur İbrahimov və Rəcəb Əhmədov öz ifaları ilə iştirakçıları feyziyab etdilər.

Tədbirdə 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr edilmiş film nümayiş etdirildi, həmçinin Azər Əsədovun rəhbərliyi ilə əlilliyi olan insanların ağac üzərində  oyma sənəti üzrə hazırladığı milli suvenirlər sərgiləndi.

Tədbirdə ABŞ, Misir, Malayziya səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Statistika Komitəsinin və digər təşkilatların məsul şəxsləri, QHT, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union