Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" adlı layihə çərçivəsində "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in "Qaynar xətt"inə 1-ci qrup əlil Rövşən Ağatalıbov zəng edərək problemlərini danışıb. Layihə iştirakçıları Rövşən Ağatalıbovun sosial problemləri ilə daha yaxından tanış olmaq üçün onun ailəsində olublar. Ailədə 3 nəfər sağlamlıq imkanları məhdud olan şəxs var. Rövşənin hər iki ayağı amputasiya olunduğundan əlil arabasına məhkumdur. Anası Möhtərəm xanım və qardaşı Elşən isə 2-ci qrup əlildir. Onların həm maddi, həm mənəvi, həm də psixoloji dəstəyə ehtiyacı var. Bütün bunlara baxmayaraq Ağatalıbovlar ailəsinin üzvləri öz qürurunu, mənliyini, şəxsiyyətini qoruyan insanlardır.
Layihənin işçi qrupu Rövşən Ağatalıbova mənəvi dəstək olmuş, gələcəkdə protez ayaq qoyulması üçün əvvəlcə xəstəxana şəraitində hazırlıq mərhələsi keçməli olduğunu, yenidən yara əmələ gəlməməsi üçün lazımı prosedurlardan sonra isə protez ayaq hazırlanıb ayağına taxıla biləcəyi barədə maarifləndirici söhbət aparmışlar.
Rövşənin anası 2-ci qrup əlil Möhtərəm Ağatalıbova mənəvi, maddi köməyə daima ehtiyac hiss edən 3 nəfər əlili olan ailənin sıxıntılı günlərinin birində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla xanım Əliyevanın qəflətən onlara qonaq gəlməsi barədə ürəkdolusu danışdı. O dedi ki, Leyla xanımın sadəliyi, mehribanlığı, səmimiyyəti bizi heyran etdi. Öz gəlişi ilə bizə sanki dünyanı bağışladı. Onun gəlişi hələ də bizə yuxu kimi gəlir. Möhtərəm Ağatalıbova ailənin çətin günlərində onlara mənəvi dəstək olan Leyla xanıma dərin təşəkkürünü bildirir.
Layihənin rəhbəri Tahir Xudiyev və psixoloqu Səidə Musayeva Rövşənlə psixoloji söhbət apardılar. 10 gün əvvəl ikinci ayağı kəsilən 1-ci qrup əlil Rövşən hər iki ayağını itirməsinə baxmayaraq çox həyatsevər, nikbin ruhlu insandır, zarafatından qalmır. Ali təhsilli Rövşən deyir ki, ayaqlarımı itirməyimə baxmayaraq kompyuterlə sanki dünya ilə əlaqə saxlayıram.
Rövşən özlərinə qapanmamağı, yardım üçün daima kiməsə əl açmamağı, həyata, insanlara daha sıx bağlanmağı, həyatda nəyəsə nail olmaq üçün mübariz olmağı bir çağırış kimi digər əlilliyi olan insanlara çatdırmağı "Beynəlxalq Əlillər Cəmiyyəti" üzvlərindən xahiş etmişdir.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD