“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsinin icrası ilə əlaqədar 24 may tarixində 4 saylı qadın Cəzaçəkmə Müəssisəsində tədbir həyata keçirmişdir.
Tədbiri giriş sözü ilə Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova açaraq İctimai Birliyin 2011-ci ildən indiyədək PX-in müxtəlif Cəzaçəkmə Müəssisələrində əlil məhbusların problemlərinin həllinə dəstək olmaq üçün apardığı müsbət xarakterli işlərdən danışmışdır. Layihənin direktoru, İB-in sədri Tahir Xudiyev çıxış edərək layihənin məqsədindən danışmışdır. Bundan sonra məhbus qadınlar öz problemləri ilə bölüşərək düşdükləri çətin vəziyyətdən danışmış, problemlərinin həlli üçün İB-dan köməklik istəmişlər. Onların problemləri qeydiyyata götürülmüşdür. Maarifləndirilmə məqsədilə layihə çərçivəsində nəşr edilən “Əlil məhbuslar üçün qanunlar toplusu” adlı kitab məhbuslara paylanmış, CÇM-nın rəhbərliyinə və kitabxanasına təqdim edilmişdir. Kitab hamı tərəfindən böyük maraqla qarşılanmışdır.
Tədbirdə iştirak edən İctimai Birliyin İdarə Heyətinin üzvü, 1-ci qrup gözdən əlil, Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl qələm “ Media mükafatçısı Ülkər Atəş məhbus qadınlara mənəvi dayaq olmaq üçün bir neçə şer ifa etdi. Ən təsirli və maraqlı məqamlardan biri o oldu ki, tədbirin sonunda CÇM-nın rəhbərliyi məhbusların əkdikləri gözəl çiçəklərdən dərib Ülkər xanıma bağışladılar.
Tədbirdə Penitensiar Xidmətinin 4 saylı CÇM-nın rəisi, mayor Ayaz İsmayılov, tərbiyə işləri üzrə rəis müavini, mayor Hikmət Kazımov, bölmə rəisi, ədliyyə baş leytenantı Günay Həsənova, dəstə rəisi, ədliyyə leytenantı Sevinc Qafarova və 70 nəfər məhbus qadın iştirak edirdilər.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD