Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB fevral ayının 1-dən "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihənin həyata keçirilməsinə başlayıb. Layihə zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər aparılacaq, onlara psixoloji xidmət göstəriləcək, eləcə də onlarla maarifləndirmə işləri aparılacaq. Həmçinin maarifləndirmə məqsədi ilə “Həssas sosial qruplara aid vətəndaşlar üçün yaddaş kitabçası” da nəşr edilib layihə zamanı paylanılacaq.
Mətbuat xidməti
03.02.2022
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD