Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in (BƏC İB) həyata keçirdiyi “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihə zamanı məcburi köçkün, Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Namiq Hüseynov İctimai Birliyə müraciət etmişdir. O, bildirmişdir ki, övladı Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib, N saylı hərbi hissədə taqım komandiri vəzifəsində xidmət edib. İşində etdiyi səhlənkarlığa görə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Bu müddətdə özünü nümunəvi aparıb, tutduğu əməldən də çox peşimanlıq çəkir. 2020-ci ildə Vətən müharibəsi başlayanda o, da digər həmvətənlərimiz kimi biganə qala bilməyərək ön cəbhəyə göndərilməsinə köməklik üçün valideynləri vasitəsi ilə bizə müraciət etmişdi. İndi isə valideynləri İlyas Hüseynovun əhf olunmasına köməklik göstərməyi xahiş edirlər. Onu da qeyd edək ki, CCM-da özünü intizamlı və nümunəvi apardığına görə İ. Hüseynovun cəzası 3 ay azaldılmışdır, cəzasının bitməsinə isə 6 ay qalıb. BƏC İB İ.Hüseynovun peşimanlığını, özünü intizamlı aparmasını, eləcə də yaşlı, xəstə valideynlərinin xahişini nəzərə alaraq onun əhf olunmasına köməklik göstərilməsi üçün aidiyyəti dövlət təşkilatlarına rəsmi məktubla müraciət edib.
Namiq Hüseynov oğlunun səhfi üzündən uzun müddətdir ki, psixoloji gərginlik yaşayır. Odur ki, layihənin psixoloqu İbrahim Əsədli Namiqlə görüşüb seans keçirdi, ona mənəvi-psixoloji dəstək verdi.
Bundan başqa BƏC İB–in sədri Tahir Xudiyev maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr edilmiş “İmtiyazlı şəxslər üçün məlumat kitabı”nı Namiq Hüseynova təqdim etdi.
Mətbuat Xidməti
18.03.2022
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD