“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi üzvlərinin və əlillərin maarifləndirilməsi, onların hüquqlarının qorunması ilə yanaşı, əlillərin ictimai həyata inteqrasiyası, onların aktiv fəaliyyət göstərməsi məqsədi ilə müəyyən tədbirlər və layihələr həyata keçirməyi nəzərdə tutub. Bu baxımdan İctimai Birlik respublikada keçirilən müxtəlif konsertlərdə, teatr tamaşalarında, yubiley tədbirlərində üzvlərinin və əməkdaşlarının yaxından iştirakını təmin etməyə çalışır.
Bu dəfə İctimai Birliyin min nəfər imkansız və əlil üzvləri 05.11.2011-ci il tarixində Heydər Əliyev Sarayında müqəddəs Qurban Bayramı münasibətilə keçirilən böyük bayram konsertini birbaşa izləmək imkanı əldə etdilər. Konsertdə respublikanın tanınmış və sevilən müğənniləri İlqar Muradov, populyar müğənni Elnur və digərləri ilə yanaşı, İB-in Mədəniyyət və İncəsənət Bölməsinin rəhbəri, müğənni Murad Sadıx da böyük müvəffəqiyyətlə çıxış etdilər.
İB-in sədri Tahir Xudiyev sözlərinə görə, həyata keçirilən bu cür tədbirlər insanlarda yüksək əhval-ruhiyyə yaratmaqla psixoloji gərginliyi aradan qaldırır, insanlar arasında gözəl münasibətlərin qurulması üçün psixoloji yardım edir, onların cəmiyyətə inteqrasiya etmələrinə kömək olur. O, həmçinin qeyd edib ki, Heydər Əliyev Sarayında keçirilən konsert proqramlarında yalnız bizim deyil, digər əlil qurumlarının əlil və imkansız üzvlərinin iştirakı həmişə təmin edilir. Tahir Xudiyev bu qəbildən olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşaraq onlara mənəvi dayaq olduğuna görə Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət işçisi Fərhad Babayevə və Sarayın bütün kollektivinə xüsusi minnətdarlığını bildirdi.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD