Tahir Bərxudar oğlu Xudiyev əslən Azərbaycanın Qarabağ bölgəsindəndir. 1963-cü il aprel ayının 19-da Ağdam şəhərində anadan olmuş, 1980-ci ildə isə Ağdam şəhər 2 saylı beynəlmiləl orta məktəbi bitirmişdir.
Tahir Xudiyevin ana babası Mir Nəbi isə Azərbaycanın cənubunda yerləşən, öz nüfuzlu və say-seçmə ziyalıları, alimləri, dindar şəxsiyyətləri ilə məşhur olan və 3045 illik zəngin tarixə malik, 4-cü İmam Bimar Zeynalabdinin nəvəsi Xəlifə Qiyasın nəslindən olan insanların yaşadığı Yardımlı rayonunun Perimbel kəndindəndir. Tahir Xudiyevin ana babalarının yaşadığı Perimbel kəndinin sakinləri vaxtilə rus-sovet imperiyasına qarşı mübarizə aparmışlar. Vaxtilə rus-sovet imperiyasının qoşunları bu kəndi top atəşinə tutaraq vəhşicəsinə dağıtmış, əhalisinin bir hissəsini qırmış, qalan hissəsini isə sürgün etmişlər. Bu faciədə Tahir Xudiyevin anasının əmisi Mir Seyfulla və doğmaları da qanına qəltan edilmişlər. T. Xudiyevin ana babası Kərbəlayi Mir Həbib rus-sovet imperiyasının təqiblərinə məruz qaldığından Cənubi Azərbaycanın Ərdəbil şəhərinə mühacirət etməyə məcbur olmuşdur.
Tahir Xudiyevin atası Bərxudar Xudiyev azad, müstəqil və demokratik fikirli bir şəxs olduğuna görə, eləcə də Azərbaycanı müstəqil bir dövlət kimi görmək istədiyi üçün bu istiqamətdə fəal mübarizə aparmış, vətənpərvər qüvvələrə başçılıq etmişdir. Elə buna görə də 1945-ci ilin sonlarında o, rus-sovet imperiyası tərəfindən disident kimi həbs edilmiş, 15 ilə yaxın Sibirin Kolıma vilayətində ağır və məşəqqətli həbsxana həyatı yaşamalı olmuşdur. Lakin buna baxmayaraq o, yenə də öz məsləkinə sadiq qalmış və cəzaçəkmə müəssisəsində azərbaycanlıların, eləcə də imperiya əsarəti altında yaşayan digər xalqların nümayəndələrinin liderlərindən biri olmuşdur. Bütün bu sadalanan səbəblərdən T.Xudiyevin uşaqlığı böyük sıxıntı içərisində keçmişdir. Belə ki, onların ailəsi Sovet dövlətinin cəza aparatı olan DTK (KQB) tərəfindən xüsusi nəzarətdə saxlanılmış, ailə üzvləri daim mənəvi-psixoloji basqılara məruz qalmışlar.
Həqiqi hərbi xidmətdən sonra T. Xudiyev bir müddət bizneslə məşğul olmuşdur. 1985-ci ildən II dərəcəli əmək əlilidir. Lakin əlil olmağına baxmayaraq Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizənin fəal iştirakçılarından və aparıcı qüvvələrindən biri olmuşdur. Həyatını təhlükə altında qoyaraq, keçmiş Sovetlər Birliyinə daxil olan bütün olkələrdə, xüsusilə də Rusiyada, xalqımıza qarşı edilən haqsızlıqları dünya ictimaiyyətinin nəzərinə çatdırmaq üçün fəal işlər aparmışdır. O, həm Azərbaycanın müstəqil dövlətçilik qazanmasında yaxından iştirak etmiş, həm də erməni işğalçılarına qarşı Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı döyüşlərdə könüllü döyüşmüşdür. Bu mübarizə nəticəsində T. Xudiyev müxtəlif ağır xəstəliklərə düçar olmuşdur. Eləcə də 1991-ci ilə qədər buna görə müxtəlif təzyiq və təqiblərə məruz qalmış, hətta bədən xəsarəti də almışdır.
T. Xudiyev özünü dərk edən vaxtdan müstəqil fikirli bir insan kimi bütün şüurlu həyatını cəmiyyətdə haqq-ədalətin bərpa olunması, qanunçuluğun və demokratik dəyərlərin qorunması və gücləndirilməsi üçün prinsipial və qətiyyətli mübarizə aparmışdır. Bu prinsipial və qətiyyətli mübarizə T. Xudiyevin müxtəlif ictimai təşkilatlara rəhbərlik etiyi dövrlərdə də özünü yüksək səviyyədə büruzə vermişdir. Belə ki, həmin vaxtlardan o əlillərin reabilitasiyası və həyata inteqrasiyası üçün səmərəli fəaliyyət göstərmiş, onların hüquq və azadlıqlarının qorunmasına çalışmışdır. T. Xudiyev sözün həqiqi mənasında vətəndaşların hüquqlarının müdafiəsində bir ictimai vəkil kimi fəaliyyət göstərmişdir.
Tahir Xudiyev əlil olduğu üçün əlillər dünyasını dərindən dərk etdiyindən 2004-cü ildə "Əlillər Dünyası Qəzeti Redaksiyası" Məhdud Məsuliyyətli Cəmiyyətini, 2008-ci ilin fevral ayında isə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyini təsis etmişdir. Bu illər T. Xudiyevin həyat və fəaliyyətində xüsusi bir mərhələni təşkil edib.
"Turan xəbərləri", "Türkün səsi", "Türk dünyası", "Rotari klub", "Alyans" qəzetlərinin və "Gənc əlillərə dəstək", "İslam ölkələri əlilləri" ictimai birliklərinin təsisçisi, "Azərbaycan Ümumdünya Xalqlarının Dostluq və Əməkdaşlıq" İB-in sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" media mükafatçısıdır. 2010-cu ildən "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin təsisçisi və İdarə Heyətinin sədridir.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD