“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Fəxri Fərmanla təltif edildi

22 yanvar tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2014-cü ildəki fəaliyyətinin nəticələrinə dair  hesabat konfransı keçirmişdir.

Şura sədri, millət vəkili Azay Quliyev  rəhbərlik etdiyi qurumun 2014-cü ildə fəaliyyətinin uğurlu olduğunu qeyd edərək, ötən il vətəndaş cəmiyyəti sahəsində aparılan islahatları müsbət qiymətləndirmişdir. Azay Quliyev 2014-cü ili Azərbaycanın QHT sektoru üçün şəffaflıq dövrü adlandırmışdır. 

Konfransda çıxış edən  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Şuranın Azərbaycan prezidentinin onun qarşısına qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəldiyini və bu gün vətəndaş cəmiyyətlərinin inkişaf dövrünü yaşadığını bildirdi. Əli Həsənov qeyd etdi ki, bu gün  Azərbaycanda 3 minə yaxın QHT fəaliyyət göstərir.

Həyata keçirdikləri layihələrin icrasında fərqləndiklərinə görə 23 QHT Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəxri fərmanı ilə təltif edildi ki, onların arasında “Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi də vardır. “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə dəstək” layihəsinin uğurla həyata keçirilməsinə görə Fəxri Fərmanı İctimai Birliyin sədri Tahir Xudiyevə  Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdim etmiş və gələcək fəaliyyətində uğurlar arzulamışdır. 

Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin üzvləri, eləcə də “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə dəstək” layihəsinin iştirakçıları və layihədən faydalananlar Azərbaycan prezidentinə və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına göstərdikləri qayğıya və dəstəyə görə təşəkkür edirlər.

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union