“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti Xocalı

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti

Xocalı soyqırımı ilə bağlı tədbirlərlə Avropada

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin əməkdaşları hər iki təşkilatın rəhbəri Tahir Xudiyevin təşəbbüsü ilə bu günlərdə Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı tədbirlər həyata keçirmişlər.

Məlumat verilmidir ki, Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Dinc əhaliyə qarşı - qadın, uşaq, qocalara fərq qoymadan genosid aparılmışdır. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

Tədbirlər zamanı ictimaiyyət ermənilərin törətdiyi vəhşiliklər haqda məlumatlandırılmış və hələ 2008-ci ildə Heydər Əliyev Fondundan əldə edilən kitablar, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşları Elnur Bağırlı və Toğrul Turabov və AMEA-nın İnsan Hüquqları İnstitutunun direktor müavini, professor Lalə Əhmədova tərəfindən verilmiş Xocalı, Qarabağ barədə olan kitablar, plakatlar tədbir  iştirakçılarına təqdim edilmişdir.

Köln şəhərinin mərkəzində yerləşən 8 əsrlik tarixə malik Köln Dom kilsəsi qarşısında Almaniyada yaşayan azərbaycanlıların da qatıldığı tədbirdə Xocalı soyqırımı barədə fikirlər ictimaiyyətə çatdırılmışdır. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı","Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Əslində isə bunun ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən dəhşətli faciələrdən biri olduğu, bu vandalizm nəticəsində Xocalı şəhərinin yer üzündən silindiyi qeyd edilmişdir. Xocalı  soyqırımı nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.

Bu faciə nəticəsində sağ qalanların əksəriyyəti isə hazırda əlildirlər və onlardan bir neçəsi “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvüdürlər. Digər Avropa ölkələrində də Xocalı faciəsi və Dağlıq Qarabağ həqiqətləri  ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Bu tədbirlərin təşkili və digər mötəbər görüşlərin həyata keçirilməsində Avropa mühitində  böyüsə və yaşasa da ürəyi daima Azərbaycanla döyünən, Azərbaycanın milli ədət-ənənələrini yaşadan, milli qürurlu  Seylan Məmmədovun bilavasitə böyük zəhməti və əməyi olmuşdur.

İctimai Birliyimizin üzvü olan əlil uşaq Ayxan  Şirinlinin atası Mehman Şirinov da bu tədbirlərdə böyük köməklik göstərmişdir.

O qanlı faciələrin canlı şahidlərindən biri olan Tahir Xudiyev  bildirdi ki, Dağlıq Qarabağ və Xocalı soyqırımı ilə bağlı Azərbaycan həqiqətləri 2003-cü ildən nəşr olunan “Əlillər Dünyası” qəzetinin səhifələrində işıqlandırılmış, qəzetin sabiq redaktoru, hərbçi-zabit, mərhum Əfrail Hüseynovun bu barədə silsilə yazıları dərc olunmuş, müxtəlif vaxtlarda təbdirlər həyata keçirmişlər. Hələ 2008-ci ildə ABŞ-da olarkən o, Dağlıq Qarabağ və Xocalı həqiqətləri barədə ictimaiyyəti məlumatlandırmış, Heydər Əliyev Fondundan əldə etdiyi  kitabları Vaşinqtonda Senatın Kitabxanasına təqdim etmiş və Nyu-Yorkun seçki məntəqəsində iştirakçılara paylamışdır. İndiki tədbirləri də keçirilən tədbirlərin bir növ davamı hesab etmək olar.

Tahir müəllim qeyd etdi ki, bəzi ölkələr bunu soyqırımı kimi qəbul etsə də, üstündən 23 il keçməsinə baxmayaraq, təəssüf ki, dünya icimaiyyəti bəşəriyyətin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına hələ də siyasi qiymət verməmişdir. Xocalı unudulmur və unudulmayacaq. Biz “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzetinin kollektivi öz torpaqlarımıza yenidən qayıdacağımıza inanırıq və gənclərimizin də bu ruhda tərbiyə edilməsinə çalışırıq.

“Əlillər Dünyası” qəzetindən

22  fevral  2015-ci il

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union