“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları
Sumqayıtda məhbus ailəsinin qonağı olmuşlar

Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları vətəndaş cəmiyyətinin inkişafına, o cümlədən dövlət orqanlarının fəaliyyətində ictimai nəzarətə xüsusi önəm verir. Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 2012-2013-cü illərdə həyata keçirdiyi layhələrin davamı kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihə həyata keçirir.

Layihənin əsas məqsədi imtiyazlı məhbusların və onların ailə üzvlərinin sosial problemlərini araşdırıb aidiyyəti dövlət təşkilatları vasitəsilə həll etməkdən, eyni zamanda imtiyazlı məhbusların həbsdən azad olunduqdan sonra həyata adaptasiya etmələrinə dəstək olmaqdan, o cümlədən, bu istiqamətdə onlarla maarifləndirmə işi aparmaqdan ibarətdir. Eyni zamanda azadlığa çıxdıqdan sonra xüsusi istedada malik imtiyazlı məhbusların həyata adaptasiya etmələrinə dəstək olmaqdan ibarətdir. Ölkə Prezidentinin qəbul etdiyi "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Qanunun icrası ilə respublikamızda aparılan işlərə dəstək olaraq bu layihə çərçivəsində layihənin kordinatoru Tahir Xudiyev, kordinator köməkçisi Məlahət Abdullayeva, layihədə könüllü iştirak edən Rahib Məmmədcanlı bu gün Sumqayıt şəhərində yaşayan məhbus ailəsində olmuş, onların sosial problemləri ilə yaxından tanış olmuşlar. Qeyd edək ki, bu, məhbus Sübhan Kərimovun ailəsi ilə ilk görüş deyildi. Məhbus S.Kərimovun anası Sevil xanım keçən il həyata keçirdiyimiz layihə çərçivəsində gəlininin tibb bacısı kimi işlə təmin olunmasında, onun 4-cü mərtəbədən yıxılsa da xoşbəxtlik nəticəsində sağ qalan, lakin hələ də müalicə alan azyaşlı nəvəsinin müalicə almasında şəxsən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyevin böyük zəhməti olduğunu xüsusi vurğulamış və öz minnətdarlığını bildirmişdir. Məhbus Sübhan Kərimov hazırda cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsində göstərdiyi köməkliyə görə də İctimai Birliyin əməkdaşlarına öz təşəkkürünü bildirmişdir. Qeyd etmək istəyirik ki, məhbus Sübhan Kərimov cəzaçəkmə müəssisəsində olduğu müddətdə nümunəvi davranışı ilə seçilmiş, təşəkkürnamələr almışdır. İndi isə o, hərbi hissələrdə təşkil etdiyi tədbirlərə görə 2 ədəd fəxri fərman alıb. 31 mart soyqırımı ilə əlaqədar hazırladığı “Acı xatirə” adlı sənədli-bədii televiziya tamaşası Sumqayıt TV-də nümayiş etdirilib. Xüsusi istedada malik bu gəncin həyata adaptasiyası ilə bağlı maarifləndirmə işi aparılmışdır.

Qeyd etmək istəyirik ki, gələcəkdə də xüsusi istedada malik imtiyazlı məhbusların həbsdən azad olunduqdan sonra ictimaiyyətə və dövlətə gərəkli insan olmasında bir İctimai Birlik kimi öz köməyimizi əsirgəməyəcəyik. Fikrimizcə, bu hər bir kəsin vətəndaşlıq borcudur. Məhbusların azadlığa çıxdıqdan sonra düzgün həyat yolu seçməsində, həyata adaptasiyasında, onların ictimaiyyətə və dövlətə lazımlı vətəndaş kimi həyatına davam etməsində köməklik göstərmək Allah qarşısında da böyük savabdır.

Məhbus S. Kərimovun anası Sevil xanım söylədi ki, 13 ildir 7 nəfərdən ibarət ailə üzvləri ilə kirayədə yaşayırlar. Uzun müddətdir ev növbəsindədirlər. Lakin öz hüquqlarını bilmədiklərindən bu işdə onlara köməklik göstərməyi İctimai Birliyin əməkdaşlarından xahiş etdi. Məhbus S. Kərimovun həyat yoldaşı Könül xanım söylədi ki, qızı 2014-2015-ci tədris ilində 1-ci sinfə gedəcək. Onu yaxınlıqdakı 15 saylı liseyə düzəltməkdə isə müəyyən problemin olduğunu söylədilər, Bu sahədə öz hüquqlarını bilməyən Kərimovlar ailəsi ilə maarifləndirmə işi aparıldı. İctimai Birliyin əməkdaşları bu işdə də onlara köməklik göstərməyə çalışacaq. Həmçinin Tahir Xudiyev məhbus ailələrinin sosial və tibbi problemlərinin həlli istiqamətində İctimai Birliyə göstərdiyi köməkliyə görə Səhiyyə Nazirliyinin əməyini yüksək qiymətləndirmişdir.

Öz növbəsində Kərimovlar ailəsi məhbus ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını özündə əks etdirən bu layihənin həyata keçirilməsində böyük zəhməti olan Tahir Xudiyevə dəstək verən aidiyyəti dövlət qurumlarına və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyin bütün əməkdaşlarına öz təşəkkürlərini bildirmişlər.

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union