“BEYNƏLXALQ ƏLİLLƏR CƏMİYYƏTİ" İCTİMAİ BİRLİYNİN 2-Cİ DİPLOM TƏLTİFİ

Dekabr ayının 28 və 29-da Heydər Əliyev adına Sarayda respublikanın əməkdar artisti Könül Xasıyevanın “Qayıt nə olar...” adlı solo konserti keçirildi. Konsertdə Könül xanımın ifasında muğamlar və xalq mahnıları səsləndi.

Könül xanım həmin konsertə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimizin 50 nəfər fiziki qüsurlu üzvünü də dəvət etmişdi.

Biz də “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimizin və “Əlillər Dünyası” qəzetimizin kollektivi adından fiziki qüsurlu insanlara diqqət və qayğısına və məlahətli səsi ilə onlara mənəvi dəstək olduğuna görə Könül xanımı Diplomla təltif etdik. Onu da bildiririk ki, birinci Diplomumuz Azərbaycan xalqına olan böyük hörmət və ehtiramına, eləcə də İctimai Birliyimizlə saxladığı dostluq və əməkdaşlıq münasibətlərinə görə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayzaya təqdim edilmişdir.

Diplomu və İctimai Birliyin sədr müavini, “Qızıl qələm” media mükafatçısı, şairə, 1 –ci qrup gözdən əlil Ülkər Atəşin “Neynir məni bu dünya” adlı kitabını Könül xanıma İctimai Birliyin sədri və qəzetin baş redaktoru Tahir Xudiyev təqdim etdi. Ülkər xanım Könül Xasıyevaya həsr etdiyini şerini söylədi və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamını təbrik etdi.

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər Dünyası” qəzetinin kollektivi və üzvləri adından Könül xanıma gələcək fəaliyyətində uğurlar arzu edirik.

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union