Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ə, “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB-ə, “Əlillər Dünyası“ və “Alyans“ qəzetlərinə daha bir ağır itgi üz verdi - Ağdam rayonundan məcburi köçkün,
Qarabağ müharibəsi veteranı, 1-ci qrup əlil, xeyirxah, gözəl qəlbli insan Qasımov Cahid Sabir oğlu bu gün Vətən həsrəti ilə vəfat etmişdir. Dövlətçiliyimizin və müstəqilliyimizin fanatı olan
Cahid Sabir oğlu qələbə sevincini yaşasa da, aidiyyəti təşkilatlara Cəmiyyətimiz tərəfindən dəfələrlə müraciət edilməyinə baxmayaraq, icazə verilmədiyindən, təəssüf ki, doğma ata-baba yurdunu
görmək ona qismət olmadı. Daim insanlara yaxşılıq etmək istəyən mərhumun təşkilatlarımızda xidmətləri böyükdür. Bütün tədbirlərimizdə fəal iştirak edib. “Türk Dünyası Turan Düşüncə Mərkəzi” İB–in tədbirlərində Türk dövlətlərində iştirak etmək arzusunda idi. Təəssüf ki, bu, arzu olaraq qaldı.
Kollektivimiz adından qardaşı Rəhmana, oğlanları Cavid və Abbasa, həyat yoldaşı Kəmalə xanıma dərin hüznlə başsağlığı verir, səbr diləyirik.
Ziyalı ailəsində böyüyən, özü də əsil ziyalı, mədəni, yüksək əxlaqa malik olan Cahid Qasımov sağlığında rəhmət qazanan insanlardan idi. Allah Cahidə rəhmət eləsin, yeri behişt olsun.
Sən həmişə bizim qəlbimizdə yaşayacaqsan.
Tahir Xudiyev
“Əlillər Dünyası” qəzetindən
07.07.2021
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD