Bilirik ki, həmişə olduğu kimi koronavirusla bağlı mübarizədə çətin bir dövrdə dövlətin, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın imtiyazlı insanlara sosial-iqtisadi sahədə göstərdiyi diqqət və qayğı danılmazdır.
Lakin çox təəssüf hissi ilə qeyd edirik ki, öz vəzifələrindən sui-istifadə edən bəzi məmurlar tərəfindən xalqımız üçün belə çətin bir dönəmdə də koronavirusla bağlı aztəminatlı ailələrə göstərilən yardımların bölgüsü ədalətli şəkildə aparılmır, ögey-doğma münasibətlər qabarıq şəkildə özünü büruzə verir. Bu respublikamızın hər yerindən əlilliyi olan insanlar və digər imtiyazlı vətəndaşlar tərəfindən edilən müraciətlərdə öz əksini tapmışdır.
Nizamnaməsinin 2.2-ci bəndinə əsasən "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyi (BƏC İB) dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirir. Bu qanunlar sırasında hazırda koronavirusla bağlı çıxarılan qərarlar xüsusi yer tutur. Koronavirusun bütün dünyada sürətlə yayıldığı bir zamanda dövlətin xalqa göstərdiyi diqqət və qayğının təzahürü olan bu qanunların yerlərdə düzgün icra olunmasına "Əlillər Dünyası" qəzeti və BƏC İB tərəfindən xüsusi nəzarət edilir. Odur ki, edilən müraciətlərə əsasən BƏC İB və "Əlillər dünyası" qəzeti aparılan sorğular zamanı bu müraciətlərin doğruluğu təsdiqini tapdı. Belə ki, bu dönəmdə dövlətin etdiyi ərzaq yardımları bəzi məmurlar tərəfindən qohumbazlıq, tayfabazlıq, şəxsi münasibətlər, tanışlıq zəminində paylanır. Ofisimiz Nizami rayonu ərazisində yerləşdiyindən və özüm Nizami rayon sakini olduğum üçün buradan daha dəqiq məlumat əldə olunması müəyyən edildi. Verilən ərzaq yardımının YAP-ın Nizami rayon şöbəsindən təyinatı üzrə düzgün bölüşdürülməməsi imkanı olmayan imtiyazlı insanlar arasında küskünlük yaratmışdır.
Bilirik ki, 1-ci qrup əlilliyi olan insanların sayı olkədə çox azdır. Dövlət səviyyəsində də onlara müəyyən imtiyazlar vardır. Bu verilən yardımlar 1-ci qrup əlillərin və digər kateqoriyadan olan əlillərin, Qarabağ əlilləri və veteranları, şəhid ailələri, qaçqın və məcburi köçkünlərin bəzilərinə verilir, digərlərinə isə verilmir. Nizami rayonunda yaşayan 1-ci qrup əlillər müraciət eidirlər ki, onlara heç bir yardım edilməyib. Mənim özüm də 1-ci qrup əliləm. Əlilliyi olan, xəstə, imkansız və imtiyazlı insanların arasında yaradılan bu ögey-doğmalıq böyük narazılığa səbəb olur. Biz də öz növbəmizdə möhtərəm Prezident İlham Əliyev cənablarını və 1-ci vitse-prezident Mehriban xanım Əliyevanı məlumatlandırmağı özümüzə borc bilirik ki, indiki durumdan məlumatlı olsunlar.
Ata-baba yurdlarını itirən qaçqın və məcburi köçkünlər isə koronavirusun yaratdığı bu gərgin vəziyyətdə bir az da çətin vəziyyətə düşmüşlər. Bir mətbu nəşr və təşkilat olaraq onsuz da əksəriyyəti işsiz olan və dövlətimizin "Evdə qal" çağırışına qoşulan qaçqın və məcburi köçkünlərin belə çətin bir zamanda vəziyyətini nəzərə alaraq onların yanında olmasını, onlara sosial-iqtisadi dəstək göstəməsini məqsədə uyğun hesab edirik və bu istiqamətdə xüsusi qərarlar qəbul edilməsini təklif edirik. Onu da nəzərə çatdırmaq istəyirik ki, bu qəbildən olan soydaşlarımız arasında əlilliyi olan insanlar da çoxdur.
Bundan əlavə hazırda koronavirusun iqtiadi cəhətdən yaratdığı çətin bir dönəmdə ƏƏSMN tərəfindən işsiz vətəndaşlara veriləcək 190 manat birdəfəlik müavinət barədə düzgün maarifləndirmə aparılmaması, məşğulluq mərkəzlərinin bağlı olması səbəbindən əhali arasında böyük çaşqınlıq və narazılıq yaranmışdır. Bununla bağlı edilən müraciətlərdə nəzərdə tutulan bu müavinətin verilməsi üçün tələb olunan şərtlərdə əhalinin sosial və ailə vəziyyətinin düzgün nəzərə alınmasından narazılıq edilir. Gələcəkdə baş verə biləcək narazılıqları nəzərə alaraq vaxtında aradan qaldırılması üçün tədbirlər görülməsini və aidiyyəti dövlət təşkilatları tərəfindən əhalinin maarifləndirilməsi sahəsində lazım olan tədbirlərin gücləndirilməsini tövsiyə edirik.
Tahir Xudiyev
"Əlillər Dünyası" qəzetinin Baş redaktoru,
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri
08.04.2020
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD