Məlumat üçün bildiririk ki, “Əlillər Dünyası” qəzeti və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 7 may tarixində Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91 illiyini qeyd etmişdir. Belə ki, səhər saatlarında “Əlillər Dünyası” qəzetinin əməkdaşları və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 100-dən artıq üzvləri Ulu öndərin məzarını ziyarət etmiş, İctimai Birliyin Nardaranlı üzvlərinin gətirdiyi gülləri məzara düzmüşlər. Sonra tədbir iştirakçıları Nizami rayonu ərazisində Ş.Mirzəyev-34 ünvanında yerləşən ofisə qayıtmış, ofisdə olan 91 ədəd ağacları Ümummilli Liderin anadan olmasının 91-ci illiyi ilə əlaqədar paytaxtımızın müxtəlif yerlərində əkilmək üçün üzvlərimizə paylanmışdır.
Qeyd etmək istəyirik ki, fiziki qüsurlu tədbir iştirakçılarının daşınması üçün lazım olan iki avtobus bizim Nəqliyyat Nazirliyinə etdiyimiz müraciətə əsasən Dövlət Avtomobil Nəqliyyat Xidməti tərəfindən, 91 ədəd ağac isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmişdir.
Həmin gün axşam isə xüsusi dəvətnamə ilə 300 nəfər tədbir iştirakçıları və İctimai Birliyin digər üzvləri Ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Beynəlxalq Muğam Mərkəzində təşkil olunmuş “Qarabağ mücrüsü” adlı Muğam konsertində oldular. Konsertdə istedadlı, gənc muğam ifaçıları Elnur Zeynalov, Arzu Əliyeva və Vəfa Vəzirova öz gözəl ifaları ilə tamaşaçılara gözəl anlar bəxş etdilər.
“Əlillər Dünyası” qəzetinin Baş redaktoru və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyevin şəxsi təşəbbüsü ilə təşkil edilmiş bu tədbirlərdə də digər tədbirlərimiz kimi əsil tolerantlıq nümunəsi olaraq, dinindən, irqindən asılı olmayaraq Naxçıvan MR, Qğuz, Qusar, Lənkəran, Masallı, Biləsuvar rayonlarından gəlmiş müxtəlif millətlərdən olan ləzgi, talış, tat, rus, ukraynalı üzvlərimiz, hətta qardaş Türkiyə Cümhuriyyətindən gəlmiş 3 nəfər türk qonağımız, İsraildən gəlmiş əlil olan yəhudi xanım qonağımız da iştirak edirdilər. Həmçinin məcburi köçkün olan əlil üzvlərimizin övladlarının təhsil aldığı Qubadlı rayon Xanlıq 2 saylı tam orta məktəbinin 45 nəfərdən ibarət müəllim, şagird və valideynləri də Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr edilmiş bu tədbirlərdə böyük həvəslə iştirak etmişlər.
Bu gün isə Tahir Xudiyevin rəhbərliyi ilə “Əlillər Dünyası” qəzetimizin Redaksiya Heyətinin və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimizin İdarə Heyətinin üzvləri, həmçinin Cəmiyyətimizin Fəxri üzvü, qəlbi Azərbaycanla, Şuşa ilə döyünən Umudvar Məmmədli Azərbaycanımızın mədəniyyət beşiyi olan Şuşamızın işğalı ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmişlər.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD