Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirdiyi “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihənin gedişi zamanı “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, hüquqşünası Kamal Quliyev və “Əlillər Dünyası” qəzetinin əməkdaşı, texnika elmləri üzrə fəlsəfə doktoru Firudin Sofulu bu günlərdə Quba rayonunun Rustov kəndində olmuşlar.
Kamal Quliyev və Firudin Sofulu tərəfindən aşkarlanmışdır ki, Quba rayonunun Məcgə-Xaca (Keşxəndərə) kəndində yaşayan 05.08.1958-ci il təvəllüdlü Zeynalov Mirzə Hacıbaba oğlu və həmin rayonun Rustov kənd sakini 10.12.1958-ci il təvəllüdlü Adıgözəlov Mövlan Mehrəli oğlu fiziki qüsurlu olsalar da indiyədək heç bir əlillik dərəcələri yoxdur.
Uşaq vaxtı ehtiyatsızlıq nəticəsində tikan batdığından Mirzə Zeynalovun sol gözü tamamilə kor olmuşdur. Dediyinə görə, valideynlərinin avamlığından, özünün isə savadsızlığından hətta o vaxt da heç bir tibb müəssisəsinə müraciət etməyiblər. Mövlud Adıgözəlov isə 1977-1979-cu illərdə Sverdlovsk vilayətinin Serovski rayonunda 6606 saylı hərbi hissədə daxili qoşunlarda həqiqi hərbi xidmətdə olub. Özünün dediyinə görə, Cəzaçəkmə Müəssisəsində karaulda durarkən məhbusun 5-10 metr məsafədən atdığı bıçaq zərbəsindən Mövlud Adıgözəlovun qara ciyəri və ağ ciyəri ağır dərəcəli xəsarət almışdır. Həmin vaxtdan Mövlüd Adıgözəlovun səhhətində ciddi problemlər olub, indi isə onun vəziyyəti çox ağırdır. Mövlüd Adıgözəlovun dediyinə görə, o vaxt qulluq etdiyi hərbi hissədə tərxis olunduqdan sonra bu hadisənin 5 il müddətinə gizli saxlayacağı barədə ondan iltizamnamə alınmışdır. Odur ki, Mövlüd Adıgözəlovun bu xəsarət barədə heç bir tibbi sənədi yoxdur. Mirzə Zeynalov və Mövlud Adıgözəlov söylədilər ki, öz hüquqlarını bilmədiklərindən indiyədək əlillik dərəcələri yoxdur. Onlar “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşlarından əlillik dərəcələrini almaqlarında onlara kömək etməyi xahiş etdilər. Əməkdaşlarımız öz hüquqlarını builmədikləri üçün Mirzə Zeynalovun probleminin həlli üçün aidiyyəti tibbi müəssisələrə, Mövlüd Adıgözəlovun probleminin həlli üçün isə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə müraciət edəcəklər. Tədbirdə Quba rayonunun Rustov kənd səkini, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvü, 3-cü qrup əlil Zeynalov Minacəddin Məmmədi oğlu da iştirak edirdi.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD