“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirə edildi

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirə edildi
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi müzakirə edildi

Fevral ayının 7-də Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclası keçirildi.

         İclasın gündəliyindəki birinci məsələ olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsi ictimaiyyətin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə birgə müzakirə olundu. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, layihənin əsas məqsədi əlillərin sosial müdafiəsini, onların hüquqlarının qorunmasını və cəmiyyətə tam inteqrasiyasını təmin etməkdir.

         Layihə barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bu sənədin əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edəcəyini bildirdi. Natiq Məmmədov vurğuladı ki, həmin Qanunda nəzərdə tutulan bütün müddəalar Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil ediləcək.

         İclasda bildirildi ki, yeni Qanun qüvvəyə mindiyi gündən hazırda qüvvədə olan 25 avqust 1992-ci il tarixli Qanun ləğv ediləcək.

         Məsələ ilə bağlı şıxış edən deputatlar Rauf Əliyev, Aytən Mustafayeva, Jalə Əliyeva, Musa Quliyev, Araz Əlizadə, ARMPK-nin Baş katibi, İcrayyə Komitəsinin üzvü Kamal Məmmədov, "Qaziler.az" saytının Baş redaktoru Rey Kərimoğlu, "20 yanvar" İB-in sədri Soltan Əzimzadə, "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İB-in sədri Mehdi Mehdiyev, "Çernobl Əlilləri İttifaqı" İB-in sədri Mirhəsən Həsənov, "Qarabağ Qaziləri Birliyi"nin sədri Etimad Əsədov Qanun layihəsi barədə fikirlərini bildirdilər, qeyd və təkliflərini verdilər.

         İclasda çıxış edən "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni qanun layihəsinə münasibətini bildirmiş, dəyişiklik edilməsi üçün təqdim etdiyi əlavə və təkliflərdən birini səsləndirdi. O, əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığını nəzərdə tutan Azərbaycan Respublikasının  "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında Qanun"una özəl ali məktəblərdə bu qəbildən olan insanların və ailə himayəsindən məhrum olan şəxslərin təhsil haqqının dövlət tərəfindən müəyyən güzəştlərlə ödənilməsi təkilifi ilə çıxış etdi.

         "Beynəlxalq Əlillər Cəmiyyəti" İB İdarə Heyətinin müzakirəsindən sonra Qanun layihəsinə əlavə və dəyişikliklər edilməsi üçün təqdim edilən digər təkiflər bunlardır:

         1. Qanunun yazılışında xüsusi terminlərdən çox istifadə olunub. Əksər əlilliyi olan sadə insanlar həmin çümlələri  tam mənası ilə düzgün anlamaqda çətinlik çəkirlər.

         Təklif: Qanundakı fikirlər anlaşılan tərzdə sadə ifadələrlə konkret şəkildə yazılsın. 

         2. Bu qanunun 22.3 -cü maddəsinə əsasən müəssisə, idarə və təşkilatlarda əlilliyi olan şəxslər üçün kvota yerinin neçə faiz müəyyən olunması konkret göstərilməyib.

         Təklif: Əlilliyi olan şəxslər üçün müəssisə, idarə və təşkilatlarda müəyyən olunmuş kvota yerinin  neçə faiz olması konkret  göstərilsin.

         3. Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş  kvota şamil edilməyən müəssisələr istisna olunmaqla, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən qəbul edilməlidir.

         Təklif:  Bu Qanunun 22.3-cü maddəsinə əsasən işə düzəlmək üçün əlilliyi olan şəxslərə verilmiş göndəriş müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş kvota şamil edilməyən müəssisələr istisna olunmaqla, mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq müəssisə və təşkilatlar tərəfindən məcburi qaydada qəbul edilməlidir.  Çünki bəzi təşkilatlar əlilliyi olan şəxslər üçün kvota yerləri ayrılması barədə məlumatsızdır. 

         4. Təklif:  Əlilliyi olan şəxslərin ictimai təşkilatları yerləşdiyi ofis üçün, həmçinin   mədəni-kütləvi tədbirlər keçirilməsi üçün idman klubları, mədəniyyət evləri, kitabxanalar və s. yerləşən binalarda  icarə haqqı ödəməkdən azad edilsin.

         5. Təklif: Əlilliyi olan şəxslər, ailəsinin maddi vəziyyətinin qismən yaxşılaşdırılması  məqsədi ilə  dəyəri  on min xarici valyuta məbləğindən yuxarı olan avtomobilin və mal-materialın 3 ildən bir respublikadan kənara aparılması və gətirilməsi üçün tələb olunan gömrük rüsumundan azad edilsin.

         6. Təklif: Əlilliyi olan şəxslərin təhsili və peşə hazırlığını nəzərdə tutan Azərbaycan Respublikasının  "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında Qanun"una özəl ali məktəblərdə bu qəbildən olan insanların və ailə himayəsindən məhrum olan şəxslərin təhsil haqqının dövlət tərəfindən müəyyən güzəştlərlə ödənilməsi bənd kimi əlavə edilsin.

         Respublikadakı digər ən fəal QHT-lərin sədrləri də Qanun layihəsinə dəyişiklik edilməsi barədə öz əlavə və təkliflərini hazırlayaraq ƏƏSMN-nə, MM Əmək və Sosial Siyasət Komitəsinə təqdim etmişlər. İclasda qeyd olundu ki, layihə Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılanadək deyilən və komitəyə yazılı təqdim olunan təkliflər əsasında onun üzərində iş aparılacaq.

Məlahət Abdullayeva

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union