Fransa senatorları ilə görüş

Fransa senatorları ilə görüş

Bakı-2015 Avropa Oyunlarının açılışında iştirak edən Fransa Senatının üzvü Natali Qule və Senatın üzvü, Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyhardın Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə 13 iyun tarixində BMM-də jurnalistlərlə görüş keçirildi.

Tədbirdə iştirak edən Mətbuat Şurasının üzvü olan “Əlillər Dünyası” qəzetinin baş redaktoru və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev Azərbaycan Mətbuat Şurasının rəhbərinin öncə I Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə baş tutması münasibətilə Azərbaycan xalqını təbrik etdiyini bildirdi.

Sonra çıxış edən senator Natali Qule Avropa Oyunlarının açılış mərasiminin çox möhtəşəm hazırlandığını qeyd etdi.  Xanım Natali regionda strateji tərəfdaş kimi Azərbaycana böyük önəm verdiyini, 15 ildir ki, Azərbaycanla Fransa arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə qurulması üçün əlindən gələni etdiyini bildirdi.
Azərbaycanda keçirilən Avropa Oyunlarının açılış mərasiminin onu valeh etdiyini bildirən senat Andre Reyhard söylədi ki, digər ölkələr kimi, Fransa da bu oyunlara böyük maraq göstərdi və oyunlarda iştirak edən idmançıların sayına görə 3-cü yerdədir. Açılışda iştirak etmək və oyunları izləmək məqsədilə Fransa idman naziri və parlament nümayəndələrinin Azərbaycana gəldiyini bildirdi. Andre Reyhard çıxışında qeyd etdi ki, bir sözlə, Azərbaycan gənc ölkə olaraq Avropanın dostudur və bu dostluq əlaqələrinin inkişafında bundan sonra da maraqlıyıq.
Daha sonra hər iki senator jurnalistlərin suallarını cavablandırdı, sonda isə onlara Mətbuat Şurasının diplomları təqdim olundu.

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union