Məlumat verildiyi kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə çərçivəsində aprel ayında 14 saylı cəzaçəkmə müəssisəsində olaraq orada cəzaçəkən məhbusların özlərinin və ailələrinin sosial problemləri ilə maraqlanmışdır. İctimai Birliyin əməkdaşları bu problemlərin həlli istiqamətində işləri davam etdirərək 22 may tarixində məhbus Teymur Hüseynovun ailəsində olmuş, onların problemləri ilə yaxından tanış olmuşlar. Məlum olmuşdur ki, həqiqətən də öz hüquqlarını bilmədikləri üçün bu ailənin hüquqları pozulmuş və onların sosial qayğıya böyük ehtiyacları vardır. Ailənin problemi İctimai Birlik tərəfindən ictimai nəzarətə götürülmüşdür və həll edilməsi üçün iş aparılır. Bu barədə əlavə məlumatlar veriləcəkdir.
İctimai Birliyin əməkdaşları 22 may tarixində ƏN PX-nın 14 saylı Cəzaçəkmə Müəssisəsində təkrarən olmuşlar. Layihə çərçivəsində nəşr edilmiş “Əlil məhbuslar üçün qanunlar toplusu” adlı kitab maarifləndirilmə məqsədilə rəhbərlik vasitəsilə CÇM-da cəzaçəkən məhbuslara və CÇM-nın kitabxanasına təqdim olunmuşdur.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD