“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 01 aprel 2013 il tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən müharibə, şəhid ailəsi və ümumi səbəbdən əlil olmuş məhbusların və onların himayəsindəki, xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsi çərçivəsində 372 səhifədən ibarət olan “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitab nəşr olunmuşdur. Həmin bu kitab aidiyyəti qurumlar və beynəlxalq təşkilatlar tərəfindən yaxşı qarşılanmış və ictimaiyyətdə böyük marağa səbəb olmuşdur. Bu kitab beynəlxalq təcrübənin tətbiqi əsasında imtiyazlı məhbusların problemlərinin həlli, bu sahədə maarifləndirmə işi aparan və cəmiyyətə inteqrasiya olunmalarında kömək məqsədilə tərtib olunmuşdur. Birlik tərəfindən hazırlanaraq nəşr olunan bu kitab fiziki qüsurlu olan insanların qanunla müəyyən olunmuş hüquqlarını bilmələri, bu barədə müvafiq məlumatları bilavasitə əldə edə bilmək imkanına malik olmaları baxımından qiymətləndirmək olar. Onu da qeyd etmək istəyirik ki, Avropanın Penitensiar qanunları və Amerika Birləşmiş Ştatların Penitensiar qanunları həmin bu kitabda öz əksini tapmışdır. Bundan əlavə Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəis müavini, Ədliyyə general-mayoru cənab Hüseyn Əlixanov və eyni Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili Elmira Süleymanova da “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı kitaba öz müsbət fikirlərini bildirmişlər. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətin rəis müavini, Ədliyyə general-mayoru cənab Hüseyn Əlixanov fikrində bildirmişdir ki, yeni nəşr edilən bu kitabda əlilliyi olan məhkumların öz hüquqları barədə daha ətraflı məlumat almalarına xidmət etməklə, bu şəxslərin qanunla müəyyən olunmuş hüquqlarına diqqətin artırılmasına səbəb olacaq və fiziki qüsurlu məhkumlarla iş zamanı cəzanı icra edən orqanların əməkdaşlarının fəaliyyətində beynəlxalq təcrübədən daha səmərəli istifadə olunmasına zəmin yaradacaqdır.
Ümid edirik ki, “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” adlı maarifləndirmə kitabında toplanan hüquqi sənədlər imtiyazlı məhbusların mənafelərinin qorunmasına yönələn əvəzsiz vəsait, səhih məlumat mənbəyi və əsl bələdçi olacaqdır.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD