27 may tarixində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi “SƏS” İnformasiya Agentliyində Mətbuat Konfransı keçirmişdir. Konfrans İctimai Birliyin cari ilin 1 aprel tarixindən həyata keçirdiyi “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layi¬hənin nəticələrinə və yekununa həsr olunmuşdur. Mətbuat Konfransını giriş sözü ilə açan sədr Tahir Xudiyev bildirmişdir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilirdi və əsas məqsəd Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin həyatda rastlaşdıqları sosial problemlərinin araşdırılması və aidiyyəti dövlət təşkilatları vasitəsilə müsbət həll edilməsi, eyni zamanda əlil məhbusların həbsdən azad olunduqdan sonra həyata adaptasiya etmələrinə dəstək olmaqdan ibarət olmuşdur.
Layihənin koordinatoru Tahir Xudiyev bildirmişdir ki, layihə çərçivəsində Bakının və respublikamızın 7 müxtəlif bölgələrində - Sumqayıt şəhəri, Bakı şəhərinin Xətai rayonunda, Bərdə, İmişli, Tovuz, Ağdam, Biləsuvar rayonlarında yaşayan əlil məhbus ailələrində olaraq onların sosial problemləri ilə yaxından tanış olmuş və bu problemlərin həlli üçün bacardığımız köməkliyi göstərmişik.
Ümumilikdə 8 nəfər imtiyazlı məhbusun özünün və ailəsinin sosial problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər etmiş və müsbət həllinə nail olmuşuq. 2 nəfər məhbusun hazırda cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsində İctimai Birlik kimi köməklik etmişik. 1 nəfərin işlə təmin edilməsində köməklik göstərmişik, 1 nəfərin təhsilinə, 2 nəfərin müalicəsinə, 2 ailənin ünvanlı sosial yardım almasına dəstək olmuşuq. 1 nəfərin yeni tədris ilindən işlə təmin olunması üçün köməklik göstərəcəyik.
Ofisimizdə 2011-ci ildən fəaliyyət göstərən “Qaynar xətt”imizə Cəza Çəkmə Müəssisəsindən imtiyazlı əlil məhbus tərəfindən gələn zəngə əsasən TSEK-lərlə bağlı problemin həll edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik və müsbət cavab aldıq. Bununla da 10-larla əlil və xəstə məhbusun sosial probleminin həllinə nail olmuşuq.
3 nəfər məhbusun azadlığa çıxdıqdan sonra həyata adaptasiyasına dəstək olmuşuq. Məcburi köçkün olan məhbus ailəsinin 2 nəfər yaşlı üzvlərinin əl və qoltuq ağacları ilə təmin olunmasına köməklik etmişik.
Tahir Xudiyev sözünə davam edərək bildirdi ki, layihənin icrası müddətində 3 nəfər öz hüquqlarını bilmədiyindən əlillik dərəcəsi olmayan fiziki qüsurlu insan aşkarlanmışdır ki, tərəfimizdən onlarla maarifləndirmə işləri aparılmış, həmçinin İctimai Birlik kimi bu işdə onlara lazımi köməkliyimizi əsirgəməyəcəyik.
Layihənin koordinator köməkçisi Məlahət Abdullayeva bildirmişdir ki, ilk dəfə 2011-ci ildə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev imtiyazlı məhbusların öz ailələrinin sosial problemini həll etməyə imkanı olmadığından onlardan nigaran qaldığı üçün belə bir ideya ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə müraciət etmiş və qarşılıqlı müqavilə imzalamışdır. Bu məqsədlə ictimai fəaliyyət göstərərək imtiyazlı məhbusların özlərinin və onların qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial, tibbi problemləri ilə məşğul olmuşdur. Artıq 3-cü ildir ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə davamlı olaraq həyata keçirilir.
Çıxış edən Ombudsman Aparatının Baş məsləhətçisi Müqalib Mahmudov Ombudsman Elmira xanım Süleymanovanın əlillərin hüquqlarının müdafiəsində gördüyü işlərdən danışmış, bu istiqamətdə əməkdaşlıq etdikləri qurumlar sırasında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin də olmasını qeyd etmişdir. Müqalib Mahmudov Ombudsman Aparatının nümayəndələrinin daima “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in tədbirlərində iştirak etdiyini və həyata keçirilən bu layihənin vacibliyini qeyd etmişdir. O, həmçinin İctimai Birliyin bütün kateqoriyalı əlillərlə bağlı apardığı işləri, həyata keçirdiyi tədbirləri təqdirəlayiq saymışdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli, gənc əməkdaşı Mehriban Mir-Həsənli qeyd etmişdir ki, layihə ərzində 8 nəfər imtiyazlı məhbusun özlərinə və ailələrinə göstərdiyiniz köməklik bəzilərinə az görünə bilər. Əslində isə bu Tahir Xudiyevin rəhbərliyi ilə əməkdaşlarınızın böyük və gərgin əməyinin nəticəsidir. Bu iş uzunmüddətli, məsuliyyətli bir işdir. İnsanlara yardım etmək istəyi və bunun nəticəsi olması məsuliyyətli, gözəl bir işdir.
Respublika Sərhəd qoşunlarının təlim-tərbiyə üzrə sabiq idarə rəisi, Veteranlar Şurasının Plenum üzvü, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Kərim Rzayev öz çıxışında söylədi ki, “Beynəlxalq Əlillər Cəmyyəti” İctimai Birliyinin həyata keçirdiyi tədbirlər dövlətimizin əhalinin sosial müdafiəsi ilə bağlı siyasətinə dəstək olaraq QHT-lərin keçirdiyi bütün tədbirlərin ana qayəsi sayılmalıdır.
Digər çıxış edənlər-Fövqəladə Hallar Nazirliyinin əməkdaşı İlqar Həsənov, DSMF-nin şöbə müdiri Tural Mirzəyev, Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Yusif Fətəliyev, tanınmış şairə Raifə Sərxanqızı “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin həyata keçirdiyi “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihənin həqiqətən də vacibliyindən və müsbət nəticələrinin təqdirəlayiq olmasından danışdılar. Və bu işin davamlı olması üşün İctimai Bilriyə uğurlar arzuladılar.
Tədbirdə həmçinin Fövqəladə Hallar Nazirliyinin İşçilərinin Həmkarlar Təşkilatının nümayəndəsi Zaur Bağırov, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in hüquqşünası Kamal Quliyev, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı, İctimai Birliyin İdarə Heyətinin üzvü, 2-ci qrup Qarabağ müharibəsi əlili Mahir Əzizov da iştirak edirdilər. Mətbuat Konfransı Azərbaycan Televiziyası tərəfindən işıqlandırılmışdır.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD