Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 1 aprel tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsinin həyata keçirmişdir.
Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarət olmuşdur.
Layihə çərçivəsində İB-in əməkdaşları indiyədək 4, 7, 10 və 14, saylı Cəzaçəkmə Müəssisələrində olmuş, əlil məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşdür. İB-in əməkdaşları bir neçə məhbus ailələrində olmuş, onların problemləri ilə yaxından tanış olmuş, həmçinin bu problemlərin həlli istiqamətində işlər aparmışlar.
Bu gün İctimai Birlik tərəfindən “Səs” İnformasiya Agentliyində həmin layihənin yekununa həsr edilmiş Dəyirmi Masa keçirilmişdir. Dəyirmi Masada layihənin icrası zamanı məhbus ailələrinin sosial problemlərinin həllinə dəstək olmuş dövlət təşkilatları, ictimaiyyət, KİV və QHT-lərin nümayəndələri, həmçinin sosial problemlərinin həllinə dəstək verilmiş məhkum ailələrinin üzvləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan layihənin direktoru Tahir Xudiyev çıxış edərək layihənin icrası zamanı görülən işlərdən danışdı.
Tədbirdə iştirak edən Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin baş inspektoru Natəvan Tahirova, Ombudsman Aparatının baş məsləhətçisi Müqalib Mahmudov və digərləri İctimai Birliyin gördüyü müsbət işlərdən danışdılar. Sosial probleminin həllinə dəstək verilmiş məhkum Sübhan Kərimovun anası Sevil Kərimova çıxış edərək bildirdi ki, “Beynəlxalq Əlillər Cəmiyyəti “İB-in bizim ailəni, ümumiyyətlə məhbus ailələrini yada salıb, onların problemlərini həllinə köməklik göstərməsi doğrudan da çox böyük xeyirxah bir işdir. Biz özümüzü cəmiyyətdən kənarda hiss edirdik, heç kəsin bizimlə maraqlanmadığını zənn edirdik. Lakin Tahir Xudiyevin bizim ailəyə gəlişi bizə dayaq oldu, özümüzü tənha hiss etmədik. Bunun üçün bu layihənin həyata keçməsində “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-ya dəstək olan hər bir kəsə təşəkkürümüzü bildiririk.
Ağdaş, Tovuz rayonlarından, Sumqayıt şəhərindən məhkum ailələrinin üzvləri telefon açaraq problemləri ilə maraqlanıb onlara kömək etmiş “Beynəlxalq Əlillər Cəmiyyəti”nə öz minnətdarlıqlarını bildirmişlər.
Məlumat üçün bildiririk ki, bu layihə müddətində 4 CÇM-da olmuş, 21 nəfərin sosial problemlərinin həlli üçün müxtəlif dövlət təşkilatlarına müraciətlər etmişik. Bakının və respublikamızın müxtəlif rayonlarında yaşayan 7 məhkum ailəsində olmuş, onların problemləri ilə bilavasitə maraqlanmış, həllində yardımçı olmuşuq.
Bizim fikrimizcə, məsum körpələr valideyninin törətdiyi cinayətə görə cavabdeh deyillər. Təəssüf ki, bəzi adamlarda belə bir səhv fikir formalaşır ki, valideyni cinayətkar olanlar öz valideynlərinin yolunu tutacaq. Lakin dövlət və cəmiyyət belə məsum körpələrə düzgün həyat yolu seçməkdə dəstək olarsa, onların əsil Azərbaycan vətəndaşı kimi yetişməsinə kömək olar.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD