Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirdiyi “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihə çərçivəsində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşları 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən imtiyazlı məhbus, məcburi köçkün Səxavət Hüseynovun Bərdə rayonunda yaşayan ailəsində olmuşlar. Məcburi köçkün, imtiyazlı məhbus dəfələrlə qaynar xəttimizə zəng edərək onun ailəsinin ünvanlı sosial yardım almasında göstərdiyimiz köməyə görə təşəkkürünü bildirmiş və indi də bu işdə ailəsinin problemlə üzləşdiyini söyləyərək köməklik göstərməyi xahiş etmişdir.
Məhbus Səxavət Hüseynovun ailə üzvləri ilə görüşən İctimai Birliyin və qəzetin əməkdaşları onların sosial problemlərini dinləmiş, ailənin ünvanlı sosial yardım alması işində və ailənin üzləşdiyi digər problemlərin həllində birbaşa köməklik göstərmişlər.
Ağdam rayonunun Ətyeməzli kəndindən məcburi köçkün olan məhbus S.Hüseynovun çox çətinliklə yeriyən yaşlı nənəsi Rəfiqə Hüseynova və babası Davud Hüseynov özlərinin düzəltdikləri əl ağaclarının çox narahat olduğunu və yaralı əllərini bizə göstərərək əl ağaclarına ehtiyacları olduqlarını bildirdilər.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşları tərəfindən onların bu istəyi tezliklə yerinə yetiriləcəkdir.
Onu da qeyd etmək istəyirik ki, İctimai Birliyə və “Əlillər Dünyası” qəzetinə dəfələrlə bizə müraciət edən Ağdam rayonunun Qiyaslı sovetliyinin Keşdazlı kəndindən məcburi köçkün, 2-ci qrup Qarabağ müharibəsi əlili Bəybala Göyüşovun müraciətinə əsasən hər iki təşkilatın əməkdaşları Bərdə rayonunda onlarla görüşmüşlür. Məlum olmuşdur ki, 3 nəfərdən ibarət Göyüşovlar ailəsi 22 il, Laçın rayonunun Əhmədli kəndindən məcburi köçkün düşmüş, 2-ci qrup ümumi səbəbdən əlil olan Atəş Mirzəyev isə 3 nəfərdən ibarət ailə üzvləri ilə birgə 24 ildir ki, Bərdə dəmiryol stansiyasında zibilxana ilə əhatə olunmuş dəmir vaqonlarda, çox acınacaqlı bir şəraitdə yaşayırlar. Bildirdilər ki, aidiyyəti yerlərə bu barədə etdikləri müraciətlərə əsasən bir çoxları sadəcə gəlib maraqlanıb gediblər, heç bir nəticəsi olmayıb. Vaqonda isti havalarda istidən nəfəs almaq mümkün deyil. İctimai Birliyin və qəzetin əməkdaşları bunun şəxsən şahidi olmuşlar. Onlar söylədilər ki, soyuq havalarda isə şaxtadan donurlar. Hər iki ailə evlə təmin olunması məsələsində onlara dəstək olmağı və onları ictimai nəzarətə götürməyi xahiş etdilər.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD