“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsinin həyata keçirir.
Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.
Layihə çərçivəsində İB-in əməkdaşları indiyədək 14, 4, 7, 10 Cəzaçəkmə Müəssisələrində olmuş, əlil məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşdür. İB-in əməkdaşları bu yaxınlarda bir neçə məhbus ailələrində olmuş, onların problemləri ilə yaxından tanış olmuşdur.
22 iyun 2012-ci il tarixində İctimai Birlik tərəfindən “Səs” İnformasiya Agentliyində həmin layihənin gedişinə həsr edilmiş Mətbuat Konfransı keçirildi. Layihənin direktoru Tahir Xudiyev layihənin icrası zamanı məhkumların söylədikləri problemlərinin həlli ilə bağlı gördükləri işlərdən danışdı. Öz hüquqlarını bilmədikləri üçün məhkum ailələri qarşılaşdıqları məmur özbaşınalıqlarından, cəmiyyətdə məhbus ailəsi kimi onlara pis baxıldıqları barədə danışdılar.
İctimai Birlik tərəfindən problemlərinin həllinə dəstək verilmiş məhkum ailələrinin üzvləri Tovuz və Ağdaş rayonundan zəng edərək öz təşəkkürlərini bildirmişlər.
Mətbuat Konfransında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, Ombudsman Aparatının əməkdaşı Vüqar Məhərrəmov çıxış edərək bu layihənin həyata keçirilməsini təqdirəlayiq hesab etmişlər. Tədbirdə iştirak edən məhkum ailələrinin üzvləri bildirdilər ki, bu yeganə təşkilatdır ki, bizim qapımızı açıb problemlərimizlə maraqlandı və bu sosial problemlərinin həllinə dəstək oldu. Bu hələ də bizə yuxu kimi gəlir.
Sonda Tahir Xudiyev çıxış edərək söylədi ki, həyata keçirdiyimiz bu layihəmiz öz səhvləri üzündən törətdiyi cinayətə görə cəzalandırılan məhkumların ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bir nümunəsidir.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD