Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində həyata keçirdiyi “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı layihə çərçivəsində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşları Tovuz rayonunun Dönük Qırıqlı kəndində Ramiz Həsənovun ailəsində olmuşlar.
Bildiririk ki, 2011-ci ildən davamlı olaraq həyata keçirilən bu layihə çərçivəsində ötən illərdə də 14 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Ramiz Həsənovun öz müraciətinə əsasən ailəsinin ünvanlı sosial yardım almasında, 9 yaşlı serebral iflic xəstəsi olan övladı Hüseyn Həsənovun müalicəsində yaxından köməklik göstərmiş, lazımı maarifləndirmə işləri aparmışdıq. Belə ki, məhbus Ramiz Həsənovun həyat yoldaşı Ofeliya xanım serebral iflic xəstəsi olan Hüseynin Bakı şəhərində müalicə alması üçün tələb olunan göndəriş vərəqinin alınması və xəstəxanaya yerləşdirilməsi işində çətinliklərlə üzləşdiyini bildirərək dəfələrlə bizdən köməklik istəmişdi. Ofeliya xanımın miraciətinə əsasən əməkdaşlarımız tərəfindən Hüseynin müalicəsi üçün lazımı köməklik göstərilmişdir.
Bu dəfə Həsənovlar ailəsində olarkən qapını Ramiz Həsənovun öz açdı. Ofeliya xanım həyata yoldaşının hazırda cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsində göstərdiyi böyük köməkliyə görə də “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşlarına öz təşəkkürünü bildirdi. Qeyd etmək istəyirik ki, məhbus Ramiz Həsənov cəzaçəkmə müəssisəsində olduğu müddətdə nümunəvi davranışı ilə seçilmiş, Müəssisə Kollektiv Şurasında işləmişdir. Ofeliya xanım söylədi ki, ailəmizə göstərdiyiniz sosial köməkliklərdən əlavə, hər zaman hər hansı bir sıxıntı hiss etdikdə belə, zəng edərək köməklik göstərməyinizi xahiş etmişəm. Hətta bəzən zəng edərkən hiss etmişəm ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyevin özü də çox çətin problemlərlə üzləşib. Lakin Tahir Xudiyev öz problemlərini kənara qoyaraq daima oğluma və mənə mənəvi dəstək olmuş, lazımi köməkliyini əsirgəməmişdir. Bu gün ailəmizin sevincinə şərik olmağınızla, Ramizlə apardığınız söhbətlərlə siz onun həyata adaptasiyasına böyük dəstək olursunuz. Ramiz Həsənov özü də söylədi ki, həqiqətən də sizin bizim evə gəlişiniz mənim həyata adaptasiya olmağıma böyük dəstəkdir.
Qeyd etmək istəyirik ki, 1960-cı il təvəllüdlü Ramiz Həsənov müxtəlif dövlət qulluğunda çalışmış, təkcə 11 il Dönük Qırıqlı kənd Mədəniyyət Evinin direktoru vəzifəsində işləmişdir. Ziyalı, savadlı, mədəni, təvazökar bir insandır. Ramiz Həsənov tək ona deyil, bütün məhbuslara göstərdiyi mənəvi dəstəyə görə bu layihənin koordinatoru Tahir Xudiyevə təşəkkürünü bildirmiş, indi isə işə düzəlməsi işində köməklik göstərməsini xahiş etmişdir.
Dönük Qırıqlı Kənd İcra Nümayəndəliyinin sədri Ceyhun Adıgözəlovla görüşümüz zamanı o da Həsənovlar ailəsi barədə kənd camaatının da müsbət fikirdə olduğunu, Ramiz Həsənova lazımi köməklik göstəriləcəyini bildirmişdir.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin və “Əlillər Dünyası” qəzetinin əməkdaşları Həsənovlar ailəsinin serebral iflic xəstəsi olan övladları Hüseynin Bakı Uşaq Müalicə Mərkəzində müalicəsi ilə bağlı onlara köməklik göstərməyi xahiş etmişlər. Layihənin icraçıları ailənin üzləşdiyi bu problemlərin həllində aidiyyəti dövlət təşkilatları vasitəsi ilə lazımi köməklikləri əsirgəməyəcəklərini bildirmişlər.
Layihənin koordinatoru Tahir Xudiyev bildirdi ki, “Əlil məhbuslar və onların ailə üzvlərinin sosial hüquqlarının təmin edilməsinə ictimai dəstək” adlı bu layi¬hə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa bir dəstək olaraq həyata keçirilir.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD