“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirir.
Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.v
Layihə çərçivəsində İB indiyədək 14, 4, 7, 10 saylı Cəzaçəkmə Müəssisələrində olmuş, məhkumların ailələrində olan problemləri qeydiyyata götürmüşdür. İB bu yaxınlarda bir neçə məhbus ailələrində olmuş, onların problemləri ilə yaxından tanış olmuşdur.
Bunlardan 16 aprel 2012-ci il tarixində 14 saylı CÇM-da olarkən məhkum, 1962-ci ildə Tovuz rayonunun Dönük Qırıxlı kəndində anadan olmuş Həsənov Ramiz Qəzənfər oğlu övladı 9 yaşlı Həsənov Hüseyn Ramiz oğlunun beyin iflici xəstəsi olduğunu söylədi. Dedi ki, uşaq yeriyə bilmir, amma yaxşı oxuyur, zehnli uşaqdır. İstəyirlər ki, uşaq xarici dilləri də öyrənsin, əsəb həkimi icazə vermir. Həmçinin digər sosial problemlərinin həll edilməsi üçün ailə ilə əlaqə saxlamaq üçün telefon nömrəsi verdi, köməklik göstərməyi xahiş etdi.
Bu məsələ ilə əlaqədar müxtəlif tarixlərdə bir neçə dəfə məhkum Ramiz Həsənovun verdiyi telefon nömrəsinə zəng edilmiş, həyat yoldaşı Ofeliya xanımla bu barədə danışılmışdı.
11,12, 13 iyun tarixlərində İB-in əməkdaşları Tovuz rayonunda olmuşlar. Tovuz RPŞ-nın rəisi, polis polkovniki Vaqif İsmayılovla görüşmüş, həyata keçirilən layihənin mahiyyəti barədə söhbət aparmışlar. Vaqif müəllim belə layihənin dövlət tərəfindən dəstəklənərək həyata keçirilməsini təqdirəlayiq hal hesab etmişdir. Dönük Qırıxlı kəndinin sahə müvəkkili Anar Rəhimovla birgə Hüseynovlar ailəsində olmuş, onların sosial problemləri ilə maraqlanmışlar. Məlum olmuşdur ki, həqiqətən də ailə çox pis vəziyyətdə yaşayır. Onların özlərinin evləri yoxdur, məhkumun qardaşının evində müvəqqəti yaşayırlar. Məhkumun 3 övladı var. 9 yaşlı oğlu Hüseyn serebral iflic xəstəsidir. Hüseynlə müəllim evdə məşğul olub, anası onun fərdi təhsilindən narazılıq etmədi. Məhkumun həyat yoldaşı Ofeliya xanımın dediyinə görə Hüseynin müalicəyə böyük ehtiyacı var, müalicə Bakı şəhərində aparılmalıdır. Lakin ailə maddi vəziyyətinin çox pis olduğundan artıq 5 ildir ki, uşağı müalicə etdirə bilmirlər. Ailənin maddi vəziyyətinin belə ağır olduğunu görən Tahir Xudiyev Tovuz Rayon ƏSMM-nin direktoru Mahmud Hüseynova müraciət edərək Hüseynovlar ailəsinə maddi ehtiyaclarını qismən ödəmək üçün bir inək verilməsini xahiş etmişdir. Lakin Ofeliya xanım inəyi saxlamaq üçün şəraiti olmadığını bildirərək imtina etmiş, övladını müalicə etdirmək üçün maliyyə dəstəyinə böyük ehtiyacı olduğunu bildirmişdir. Odur ki, Tovuz rayon ƏSMM direktoru müvafiq sənədləri təqdim edəndən sonra bu ailəyə hər ay maddi yardım göstərilməsi işinə köməklik edəcəyinə söz verdi.
Hüseynovlar ailəsi ilə görüş zamanı Ofeliya xanım əvvəllər Hüseyni Bakı şəhərində müalicə etdirərkən xəstəxanada bir çox süni maneələrə rast gəldiyini, çətinliklərlə üzləşdiyini bildirdi. Tahir Xudiyev xəstəxanada heç bir maneəyə rast gəlmədən Hüseynin müalicə etdiriləcəyi barədə öhdəçilik götürdü.
Bizim fikrimizcə həyata keçirilən bu layihəmiz səhvi üzündə törətdiyi cinayətə görə cəzasını çəkən məhbusların ailələrinə dövlət qayğısının bir nümunəsidir.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD