Məlumat üçün bildiririk ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 17 aprel 2012-ci il tarixində “Səs” İnformasiya Agentliyində “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsinin təqdimat mərasiminə həsr olunmuş Mətbuat Konfransı keçirmişdir.
Mətbuat Konfransını giriş sözü ilə açan sədr Tahir Xudiyev layihənin həyata keçirilməsinin məqsədindən və gözlənilən nəticələrdən danışmışdır. Ombudsman Aparatının Baş məsləhətçisi Muqalib Mahmudov da əlil məhkumların problemlərinin həllinə yönəlmiş bu layihənin vacibliyindən danışmış və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in məhkum əlillər və digər əlillərin problemləri ilə bağlı çox böyük, xeyirxah işlər gördüyünü söyləmişdir.
Mətbuat Konfransında DSMF-nın əməkdaşı Tural Mirzəyev, “Müasir Cəmiyyət və qadın hüquqları” İB-in sədri Xanım Əhmədzadə, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB–in Novxanı üzrə koordinatoru Lalə Abuzərova da çıxış etmiş, bu layihənin həyata keçirilməsini təqdirəlayiq hesab etmişlər.
Mətbuat Konfransında AZTV, AZƏRTAC və digər KİV nümayəndələri və QHT əməkdaşları iştirak edirdilər. Tədbir səmimi fikir mübadiləsi ilə sona çatdı.
Onu da qeyd etmək istəyirik ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir. Layihə 2012-ci il aprel ayının 1-dən iyul ayının 1-dək davam edəcək.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD