"Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) gələn müraciətlər əsasında imtiyazlı şəxslərin problemlərinə daima diqqətlə yanaşmış və onların müsbət həllinə çalışmışdır. Bundan əlavə onu da qeyd edək ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB AMEA-nın HİHİ ilə davamlı olaraq rəsmi qarşlıqlı əməkdaşlıq da edir, əlilliyi olan insanların problemlərini və onların aradan qaldırılması yolları barədə təkliflərini aidiyyəti üzrə digər dövlət təşkilatlarına olduğu kimi HİHİ-na da çatdırır.
Bu yaxınlarda AMEA-nın Azad Həmkarlar İttifaqının Sədri, professor Habil Qurbanov "Əlillər Dünyası" qəzeti və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə müraciət edərək AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan Ədəbiyyat şöbəsinin operatoru Hüseynova Sənarə Usub qızının əlil arabasına təcili ehtiyacı olduğunu bildirdi və bu işdə köməklik göstərməyi xahiş etdi. Əməkdaşlarımız da öz növbəsində Sənarə xanıma evlərində baş çəkdilər. Füzuli rayonundan məcburi köçkün olan Sənarə xanım onurğa sütununun boyun hissəsinin diffuz astrositoması xəstəliyindən əziyyət çəkir, yataq xəstəsidir, kasıb, imkansız ailədir, yataqxanada yaşayır. Hərəkət etmək üçün əlil arabasına həqiqətən də böyük ehtiyacı var.
Həmin vaxt respublikamızda karonavirusla bağlı olaraq karantin günlərinə təsadüf edirdi. Odur ki, bu işlə bağlı çətinliklərlə üzləşdik. Belə bir vaxtda GYF-nın vitse prezidenti Salman Əliyev köməyimizə çatdı və GYF-nın əməkdaşı İbrahim Vəkilova müraciət etməyi tövsiyə etdi. İbrahim Vəkilovun vasitəsi ilə yeni modelli əlil arabası əldə edildi. Əməkdaşlarımız əlil arabasını aparıb Sənarə xanıma təqdim etdilər. Çətin bir dönəmdə köməyimizə gəldikləri üçün GYF-nın Prezidenti Ahmet Tecimə, vitse-prezidenti Salman Əliyevə və İbrahim Vəkilova əməkdaşlarımız və Sənarə xanımın adından təşəkkürümüzü bildiririk.
Onu da qeyd edək ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti bundan əlavə pandemiya dövründə 1800-dən çox ailəyə ərzaq yardımı da etmişdir.
Tahir Xudiyev
"Əlillər Dünyası" qəzetindən
26.05.2020
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD