QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı gördüyü işlər
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti redaksiyası hər iki təşkilatın rəhbəri Tahir Xudiyevin təşkilatçılığı ilə əlil və imkansız insanların problemlərinin həlli ilə yanaşı keçirdikləri bütün tədbirlərdə vətənpərvərlik ruhunun artırılması məqsədi ilə Azərbaycan həqiqətləri və müasir zəmanəmizin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasını daim gündəmə gətirirlər.
Bu məqsədlə Azərbaycanda keçirilən tədbirlərlə yanaşı, Tahir Xudiyev Almaniyanın Köln şəhərində və Avropanın inkişaf etmiş digər şəhərlərində Xocalı soyqımı ilə bağlı tədbirlər də keçirmiş, Xocalı həqiqətləri haqqındakı kitab və bukletləri iştirakçılara paylamışdır. O cümlədən, hələ 2008-ci ildə Amerika Birləşmiş Ştatlarından aldığı dəvət zamanı Vaşinqtonda Senatın Kitabxanasında və Nyu-York Ştatının Sirakus şəhərində Seçki dairəsinin sədri və üzvləri arasında Azərbaycan həqiqətləri və Xocalı soyqırımı haqqında məlumat vermiş, yenə də təbliğat vasitələri paylamışdır. Qeyd edək ki, o vaxtlar seçki dairəsinin nə sədri, nə də üzvlərinin Azərbaycan və Xocalı soyqırımı barədə heç bir məlumatı yox idi.
Fikrimizcə, Xocalı faciəsinin ildə bir dəfə ildönümünü keçirmək azdır, hər bir tədbirdə bu barədə danışılmalıdır. Xaricdə yaşayan azərbaycanlı soydaşlarımız tərəfindən yerli əhali arasında daima geniş təbliğat və təşviqat işləri aparılmalı, ən vacibi isə orta məktəblərdə şagirdlərimizə Azərbaycan həqiqətləri və Xocalı soyqırımı daha geniş şəkildə çatdırılmalıdır.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD