QHT-nin ilk çərşənbə münasibəti ilə tədbiri

Novruz bayramının ilk çərşənbəsi münasibəti ilə 23 fevral 2016-cı il tarixində “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi əlil və imkansız şəxsləri və ailə üzvlərini sevindirmişdir. İctimai Birlik 200 nəfəri Beynəlxalq Muğam Mərkəzində keçirilən möhtəşəm Muğam konsertinə dəvət etmişdir. “Buta” instrumental ansanblının müşaiyəti ilə respublikada keçirilmiş Muğam Müsabiqələrinin laureatları Səbuhi İbayevin, Aytən Məhərrəmovanın, Ayşən Mehdiyevanın ifasında Azərbaycan xalq muğamları və mahnıları canlı səsləndirilmiş konsert yüksək səviyyədə keçmişdir. 

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev və İdarə Heyətinin üzvü, 2-ci qrup Qarabağ müharibəsi əlili Mahir Əzizov, yazıçı-jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1-ci qrup əlil Rasim Gənzəli, Sarvan Əmrahov, Hacı İlham Məmmədzadə iştirak etmiş, konsertə gələn əlil və imkansız şəxsləri və onların ailə üzvlərini bayram münasibəti ilə şəxsən təbrik etmişlər.

Həmişə olduğu kimi “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi üzvlərinin asudə vaxtlarının səmərəli təşkil olunması üçün  gələcəkdə də belə tədbirlərin keçirilməsini nəzərdə tutur.

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union