20 noyabr Uşaq Hüqüqlarının Müdafiəsi günü ərəfəsində, noyabr ayının 19 –da Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu (ARTPİ) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi (ADPYM) “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” mövzusunda respublika miqyaslı “Dəyirmi masa” keçirdi.
“Dəyirmi masa”nı giriş sözü ilə açan ARTPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov autizmin XXI əsrin qlobal problemi hesab edildiyini, dünya əhalisinin 1 faizinin, yəni 70 milyon nəfərin, Azərbaycanda isə təxminən 4000-ə yaxın uşağın autizm sindromundan əziyyət çəkdiyini söylədi.
Tədbirdə Millət vəkilləri Qənirə Paşayeva, Hadı Rəcəbli, Fazil Mustafa autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyasının qanunvericiliklə tənzimlənməsinin vacibliyini vurğuladılar. Tədbirin təşkilarçılarından biri olan ADPYM İB-in sədri Çiçək Qəzənfərqızı və digər iştirakçılar autizmli uşaqlar və onların valideynlərinin qarşılaşdıqları çətinliklərdən, diaqnostikanın bir cox hallarda düzgün aparılmamasından, ümumtəhsil və inklüziv təlim-tərbiyə müəssisələrinin autizmli uşaqları qəbul etməkdən cəkinmələrindən və digər bu kimi problemlərdən, həmçinin bu problemlərin həlli yollarından danışdılar.
Ombudsman Aparatının əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, Təhsil Nazirliyinin De-İnstitutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının əməkdaşı Gülbahar Ələsgərova, ali və xüsusi təhsil müəssisələri əməkdaşları və KİV nümayəndələrinin iştirakı ilə keçirilən Dəyirmi masada autizm sindromlu uşaqların qarşılaşdıqları problemlər, onların həlli yollarının müəyyənləşdirilməsi kimi məsələlərin Qanunvericilikdə öz əksini tapması müzakirə olundu.
Tədbirdə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev nəinki autizmli uşaqların, eləcə də əlilliyi olan uşaqların da ictimai həyatda tam hüquqlu iştirakını təmin etmək üçün mövcud çətinliklərin aradan qaldırılması yollarını tapmağın vacibliyini, autizmli uşaqlar üçün ayrıca təlim-tədris mərkəzinin yaradılmasının, bu sahədə xüsusi mütəxəssislərin hazırlanmsının vacibliyini söylədi.
Yazı çapa hazırlanarkən, Tahir Xudiyev onu da qeyd etdi ki, hər bir autizmli uşağın valideyni özü bu sahədə mütəxəssis sayıla bilər və həmin təlim-tədris mərkəzində çalışa bilərlər. Mərkəz yaradılandan sonra həmin valideynləri autizmlə bağlı təcrübə mübadiləsi üçün xarici ölkələrə də göndərmək məqsədəmüvafiq olardı. T.Xudiyev onu da xüsusi olaraq qeyd etdi ki, tədbirin təşkilatçılarından biri olan Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu başda direktor Qulu Novruzov olmaqla hərtərəfli səriştəli, savadlı, təcrübəli, səmimi ixtisaslı kadrlardan ibarət gözəl bir kollektivə malikdir və belə bir mütəxəssilərlə autizmli, həmçinin əlilliyi olan uşaqların təhsilində olan problemlərin aradan qaldırılmasına nail olmaq olar. Lazım gəldikdə, aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları onların savadından, təcrübəsindən yararlana bilərlər.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD