Unutmayaq Xankəndini, Qarabağı...

Unutmayaq Xankəndini, Qarabağı...
Unutmayaq Xankəndini, Qarabağı...

“Əlillər Dünyası” qəzetinin və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin bu günlərdə Azərbaycan Dillər Universitetində təşkil etdiyi tədbir - sərgidə iştirak etmişlər. Tədbir İctimai Birliyin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Xankəndi köçkünlərindən o yerlərin tarixinə, mədəniyyətinə aid fotoların, sənədlərin toplanması və səyyar sərgilərin keçirilməsi” adlı layihəsi çərçivəsində təşkil edilmişdir. Sərgidə Xankəndi haqqında məlumatları özündə əks etdirən fotoşəkillər, tarixi materiallar nümayiş etdirilirdi.
Tələbələrin çıxışlarının hazırlanmasında əslən Xankəndindən olan Dillər Universitetinin baş müəllimi Qəribə Əlizadənin əməyi olmuşdur.
Xankəndi seçki dairəsindən deputat Flora Qasımova, Milli Məclisin deputatı Elman Məmmədov, Millət vəkili Asdan Şahverdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Vüqar Qədirov, Universitetin prorektoru Ələddin Əliyev və digər qonaqlar tədbirdə çıxış edərək bu səpkili tədbirlərin, görüşlərin tez-tez keçirilməsinin gənclərimizə milli vətənpərvərlik hisslərinin aşılanmasında böyük əhəmiyyəti olmasını qeyd etdilər.

“Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva söylədi ki, bu layihənin həyata keçirilməsində məqsəd unudulmaq üzrə olan Xankəndi həqiqətlərinin daha geniş formada təbliğidir.

Ən maraqlısı o idi ki, bu tədbir sanki insana vaxtı, məkanı unutduraraq onları bir müddət Xankəndinə, Şuşaya, Laçına, Ağdama qaytardı.

News
background gradient

Donation information

This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.

On behalf of the community, we thank you in advance for every good thing done.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Coalitions

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union