Xalq Artisti, “Şöhrət” Ordenli, xalqımızın sevimli sənətkarı Qədir Rüstəmov, həm də “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyimizin İdarə Heyətinin üzvüdür.
Qədir Rüstəmov 1935-ci ildə başıbəlalı Qarabağımızın Ağdam rayonunda anadan olmuşdur.
Məşhur müğənni Qədir Rüstəmovun ifasında bir sıra muğam dəsgahları - “Rast”, “Çahargah” lentə alınaraq radionun fondunda saxlanılır.
2011-ci ilin sentyabr ayında qəflətən səhhətində yaranmış kəskin dəyişiklik səbəbindən Qədir Rüstəmovun öz arzusu ilə İB-in adından Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevaya müraciət edib, Qədir müəllimin Türkiyə Cümhuriyyətində müayinə və müalicə olunmasına köməklik göstərməsini xahiş etdik.
Ölkə rəhbəri möhtərəm cənab Prezidentimiz İlham Əliyev və onun xanımı xüsusi qayğıkeşliklə Qədir müəllimin müalicə olunması üçün ailəsi ilə birgə Türkiyə Cümhuriyyətinə yola salınmasına köməklik göstərdi.
İstanbulun “Acıbadem” xəstəxanasında Qədir Rüstəmov əməliyyat olunandan bir neçə gün sonra qəflətən komaya düşüb. Həkimlər onun səhhətində yaranmış problemi aradan qaldırılmağa çalışırlar. Tez-tez Qədir müəllimin ailəsi ilə əlaqə saxlayır, səhhəti barədə məlumat alırıq.
Biz də Allahdan Qədir müəllimə şəfa diləyir və ailəsinə qovuşmağı arzu edirik.
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD