Mənim həyat yoldaşım, qızım və qayınım 1-ci qrup əlildirlər. Evimiz olmadığı üçün qayınımın evində yaşayırıq. Bir ailədə 3 əlilliyi olan insana baxmaq çox çətindir. Həm mənəvi, həm psixoloji, həm də maddi cəhətdən çox çətindir. Ərzaq, dərman pulu, kommunal xərcləri çatdıra bilmirik. Hazırki bu koronavirusla bağlı karantin dövründə isə vəziyyətimiz bir qədər də çətinləşib. Demək olar ki, dözülməz həddə çatıb. Heç yavan çörək də tapa bilmirik. Həm dövlətimiz, həm də imkanlı , xeyirxah adamlar bizim kimi imkansız ailələrə yardımlar edir. Amma hələ bizim ailə heç kimin yadına düşməyib. Nə DSMF-dən, nə də İcra Hakimiyyətindən bizi yada salan olmayıb. Mən də bu ümidlə Nəsimi rayonunun DSMF və ya İcra Hakimiyyətinin nömrələrini axtararkən internetdən 421 54 08 nömrəsini tapdım və ora zəng etdim. İndi deyirəm ki, yaxşı ki, ora düşmüşdüm. Telefonu açan şəxsə ailə vəziyyətimiz barədə danışdım. Sağ olsun, məni səbrlə dinlədi, ünvanımızı yazıb götürdü. Elə həmin gün və ertəsi gün iki nəfər bizim evə gəldi. Bizə xeyli ərzaq yardımı gətirdilər. Gözümüzə sanki işıq gəldi. Tanış olanda bildik ki, zəng etdiyim yer "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin və "Əlillər Dünyası" qəzetinin ofisi imiş. Evimizə gələn şəxslər isə İctimai Birliyin sədri və qəzetin Baş redaktoru Tahir Xudiyev, əməkdaşları Elşən Məmmədov və Cəsarət müəllim idi. Onlara ailə üzvlərimiz adından təşəkkürümüzü bildirir və deyirik ki, nə yaxşı həyatda belə yaxşı insanlar var imiş.
Tahirə Şirinova
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi-36
Telefon: 012 440 73 34, 055 564 67 69
16 aprel 2020-ci il
This bank account of the Public Union "International Society of Disabled People" is in great need of financial assistance from well-wishers.
On behalf of the community, we thank you in advance for every good thing done.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD