“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında “Cəza çəkən əlil insanların problemlərinin həlli istiqamətində beynəlxalq təcrübənin tətbiq edilməsi, bu sahədə müvafiq maarifləndirmə işinin aparılması və cəmiyyətə inteqrasiya olunmalarında köməklik göstərilməsi məqsədilə keçiriləcək seminar-treninqlərə dair” adlı birgə Tədbirlər Planı imzalanmışdır. Tədbirlər Planına müvafiq olaraq əlil məhbusların sosial məsələlərinin həllinə köməklik məqsədilə indiyədək müxtəlif Cəzaçəkmə Müəssisələrində olmuş, seminar-treninqlər keçirmişik. Bu görüşlər zamanı əlilliyi olan məhkumların və onların ailə üzvlərinin problemləri öyrənilir və hər bir məhkumun problemlərinin həllinə qanun çərçivəsində köməklik üçün müxtəlif aidiyyəti dövlət təşkilatları qarşısında vəsatət qaldırılır. Bir vətəndaş cəmiyyəti olaraq, İctimai Birliyimizin məqsədi gördüyü işlərlə ƏN PX-nın işinə kömək və dövlətimizə dəstək olmaqdır.
Tədbirlər Planına müvafiq olaraq, 7 mart 2012-ci il tarixində 2 saylı CÇM-da seminar-treninq keçirilmişdir. Tədbirdə 51 nəfər əlilliyi olan məhkumlar, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xudiyev, PX-nın Baş İdarəsi Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, inspektoru, ədliyyə baş-leytenantı Əli Nəbiyev, 2 saylı CÇM-nın tərbiyə işləri üzrə rəis müavini, ədliyyə mayoru Ədalət Cəbrayılov və dəstə rəhbərləri iştirak etmişlər.
Tədbirdə mövzu ilə əlaqədar Tahir Xudiyev, Əli Nəbiyev çıxış etdilər.
Mövzu ilə əlaqədar əlil məhkumlarla söhbət aparılmışdır. Söhbət zamanı əlil məhkumları maraqlandıran suallar cavablandırılmış, onların söylədikləri problem və çətinliklər dinlənilmiş və həmin problem və çətinliklərin mövcud qanunvericilik çərçivəsində həlli barədə onlarla maarifləndirmə işləri aparılmışdır.
Tədbirlər Planına müvafiq olaraq ƏN PX ilə birgə bu səpkidə görüşlər davam etdiriləcək, əlil məhkumların müəyyən problem və çətinlikləri ictimai nəzarətə götürüləcəkdir.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD