7 saylı CÇM-da məhbuslarla görüş

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəsinin icrası ilə əlaqədar 23 may tarixində 7 saylı Cəzaçəkmə müəssisəsində tədbir həyata keçirmişdir.
Tədbiri giriş sözü ilə 7 saylı CÇM-nın tərbiyə işi üzrə rəis müavini, polkovnik-leytenant Vüqar Bağırov açaraq İctimai Birliyin fəaliyyətindən və bu tədbirin İB-in CÇM-da məhbuslarla təkrar görüşü olması barədə danışdı. İB-in sədri Tahir Xudiyev layihənin keçirilməsində məqsədin məhbusların ailələrinin sosial problemlərinin həllinə yardımçı olmaqdan ibarət olduğunu bildirdi. O, söylədi ki, məhbuslar öz səhvləri üzündən törətdikləri cinayətlərə görə CÇM-larda cəza çəkdikləri üçün təbii olaraq, ailələrinin problemləri ilə məşğul ola bilmirlər. Dövlətimiz cəza çəkən hər bir məhbusun qayğısına qalaraq, onların probleminin həllinə dəstək olmaq üçün ictimai birliklər vasitəsilə bu problemlərin ictimailəşdirilərək həll olunmasına şərait yaratmışdır. Söylədi ki, məhbuslar qanun qarşısında cavabdeh olsalar da onların ailələrinin qayğıya ehtiyacları var. Bu niyyətlə də tədbirdə məhbusların ailə problemləri dinlənilmiş və bu problemlərin həlli istiqamətində işlər aparılması üçün qeydiyyata götürülmüşdür. Ehtiyacı olan bir məhbusa isə əsa hədiyyə edilmişdir.

Maarifləndirilmə məqsədilə layihə çərçivəsində nəşr edilən “Əlil məhbuslar üçün qanunlar toplusu” adlı kitab məhbuslara paylanmış, CÇM-nın rəhbərliyinə və kitabxanasına təqdim edilmişdir.

Tədbirdə 7 saylı CÇM-nın tərbiyə işləri üzrə rəis müavini Vüqar Bağırov, Penitensiar Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin böyük inspektoru, ədliyyə mayoru Natəvan Tahirova, inspektoru, ədliyyə leytenantı Sənan Məmmədov, İB-in layihə üzrə könüllü əməkdaşı Ədalət Məhərrəmov, layihənin direktor köməkçisi Məlahət Abdullayeva, 7 saylı CÇM-nın əməkdaşları və 280 nəfər məhbus iştirak etmişlər.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union