9 saylı uşaq poliklinikasında tədbir

Azərbaycan Respublikasının Prezidenti yаnında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyi 01.04.2011-ci ildən 01.08.2011-ci il tarixinədək "Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi" adlı layihə həyata keçirir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə razılaşdırılaraq 24 iyun 2011-ci il tarixində saat 12.00-da Bakı şəhərinin Xətai rayonundakı 9 saylı uşaq poliklinikasında Xətai rayonu üzrə layihənin icrası və monitorinqin keçirilməsi ilə bağlı tədbir keçirilmişdir.
Monitorinqin gedişi zamanı müəyyən edilmişdir ki, Xətai rayonu sosial müdafiə mərkəzinin verdiyi məlumata əsasən, bu rayonda 790 nəfər əlilliyi olan məktəbyaşlı əlil uşaq vardır. 195 nəfər əlil uşaqları olan ailələrlə bilavasitə və telefon vasitəsilə əlaqələr yaradılmış, ailələrdə olmuş, əlil uşaqlarla aparılan təlim-tərbiyə işlərinin monitorinqi keçirilmişdir.
Tədbirdə poliklinikanın əməkdaşları ilə yanaşı əlil uşağı olan valideynlər də iştirak etmişlər. Tədbiri giriş sözü ilə poliklinikanın baş həkimi Aidə Hüseynzadə açaraq əlil uşaqların təhsili ilə bağlı "Beynəlxalq Əlillər Dünyası" İctimai Birliyinin qaldırdığı təşəbbüsü son dərəcə yüksək qiymətləndirmiş, həmin uşaqları, onların müalicəsini daim nəzarətdə saxlayan bir orqan kimi bu uşaqların təhsilə cəlbi sahəsində həqiqətən müəyyən problemlər olduğunu qeyd etmişdir. Baş həkim çıxışı zamanı xüsusilə vurğulamışdır ki, bəzi valideynlər əlil uşaqlarının təhsili ilə bağlı öz hüquq və vəzifələrini bilməməklə yanaşı, nəinki əlil uşaqların təhsilə cəlbi, hətta müalicəsi ilə də maraqlanmır, onların müalicəsinin mütəmadi olaraq aparılmasına şərait yaratmırlar. Baş həkim qeyd etmişdir ki, əvvəllər poliklinikanın nəzdində stasionar müalicə otaqları mövcud idi. Əlil uşaqlar bu otaqlarda gündəlik müalicə alır və onlara dərslər də keçirilirdi. Lakin sonradan bu mühüm vasitə ləğv edildi və bu əlil uşaqların həm təhsilinə, həm də müalicəsinə çox mənfi təsir göstərdi. Sonra Birliyin sədri, layihənin rəhbəri Tahir Xudiyev çıxış edərək layihənin məqsəd və vəzifələri haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. İctimai Birliyin təhsil üzrə eksperti Nizami İsmayılov monitorinqin gedişi zamanı əlil uşaqların təhsili ilə əlaqədar müəyyən edilmiş çətinliklər və problemlər, o cümlədən bu sahədə Xətai rayonunda aşkar edilmiş nöqsanlar barədə tədbir iştirakçılarına bilgilər çatdırdı.
Mövzu ilə əlaqədar tədbir iştirakçılarını maraqlandıran suallara layihənin rəhbəri və təhsil üzrə ekspert tərəfindən geniş ətraflı izahatlar verildi, həkimlərlə valideynlərlə bu barədə fikir mübadiləsi aparıldı. Tədbirdə belə bir rəy vurğulandı ki, əlil uşaqların müalicəsi, onların təhsilə cəlbi kimi bütün cəmiyyəti narahat edən ümummilli vəzifələrdən biri sayılan bu çox mühüm, vacib məsələ yerli icra hakimiyyətləri və səhiyyə orqanlarının səlahiyyətlərinə verilsə daha yaxşı effekt verə bilər.

Tədbirin sonunda layihə çərçivəsində İctimai Birlik tərəfindən nəşr edilmiş "Sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu" adlı kitab və əlil uşaqlar üçün məktəb ləvazimatlarında ibarət qovluqlar iştirakçılara təqdim edilmişdir.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union