13.11.2019-cu il tarixində Xəzər Universiteti Psixologiya Mərkəzinin direktoru Mələk xanım Kərimovanın təşkilatçılığı ilə həmin universitetdə "Aikido əngəl tanımır" tədbiri keçirildi. Tədbirin qonaqları öz aktivliyi daima seçliən, gözəl şerlər müəllifi, adı kimi mətanətli olan Mətanət Qüdsi və Türkiyədən gələn Aikido heyəti idi. Türkiyədə sağlamlıq imkanları məhdud olan insanlar üçün profesional idman növünü öyrədən yeganə dərnək olan Aikido İdman Klubunun rəhbəri Engin Ergindür. Onu deyim ki, əlilliyi olan insanlara aikido idman növü Mətanət Qüdsinin təşəbbüsü ilə Azərbaycana gətirilib. Tədbirin qonağı bildirdi ki, özgüvənli olmaq hamı kimi, əlilliyi olan şəxslər üçün də çox əhəmiyyətlidir.
Mələk xanım söylədi ki, əliliyi olan fəal insanların zehni və daxili gücləri hamı üçün motivasiya, ilham mənbəyidir. Əsas odur ki, zehnimizdə belə insanlara qarşı münasibəti dəyişək, onlara acız, yazıq kimi baxmaq, qulaq çəkmələr və s. bu kimi davranışları dəyişdirməklə onların da aktivliyini stimullaşdıraq.
Məlumdur ki, aikido özünümüdafiə idman növüdür. Bu idman növü ilə məşğul olan əlilliyi olan insanlar özlərini müdafiəni öyrənməklə yanaşı, həyata, cəmiyyətə daha çox inteqrasiya edirlər.
Tahir Xudiyev
"Əlillər Dünyası" qəzetinin Baş Redaktoru
14.11.2019
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD