Almaniyada gördüklərim və eşitdiklərim

Almaniyada gördüklərim və eşitdiklərim
Almaniyada gördüklərim və eşitdiklərim

Almaniyaya övladının, nəvələrinin yanına qonaq getmiş və Koronavirus böhranı səbəbindən Azərbaycan istiqamətində təxirə salınmış uçuşlarla əlaqədar Vətənə dönməsi müvəqqəti mümkünsüz olan soydaşımız, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədr müavini və "Əlillər Dünyası" qəzetinin Redaksiya Heyəti üzvü, 2-ci qrup əlil Fərhad Salmanov Almaniyada və hazırda onun qaldığı kiçik şəhərdə koronavirusla bağlı vəziyyət haqqında və Almaniyadakı həyatın bəzi üstünlükləri haqqında şahidi olduqlarını qələmə alaraq bizə göndərmişdir.

          O yazır ki, Almaniyadakı həyat səviyyəsi hamıya məlum olduğu kimi yüksək olsa da, hazırki böhran burda da özünü göstərir. Apteklərdə maska qıtlığı olsa da, maska ilə gəzən çox az sayda insanlara rast gəlinir. Hazırda Almaniyada evdən çıxma qadağası olmamasına baxmayaraq, küçədə az sayda adam olur. Müəyyən olunmuş rejimə əsasən, iki nəfərdən çox gəzmək, qrup halında toplaşmaq, ad günü və ya hər hansı kollektiv tədbir keçirmək cərimə ilə nəticələnə bilər və demək olar ki, hamı müəyyən edilmiş bu rejimə riayət edir. Əsasən banklar, apteklər, ərzaq və təsərrüfat malları, uşaq ləvazimatı mağazaları çalışır. Məktəb və universitetlər onlayn rejimdə işləyirlər, valideynləri işləyən uşaqlar üçün isə məktəb və bağçalarda xüsusi qruplar təşkil olunub. 

          Mağazalarda ərzaq qıtlığı yoxdur, yalnız bəzilərində un tapmaq çətindir. Alış-veriş üçün nəzərdə tutulan arabalar dezinfeksiya edilir, bunun üçün xüsusi işçi ayrılıb ki, o müştəriləri mağazanın qarşısında, necə deyərlər “əlidolu” – dezinfeksiya məhlulu və salfetlə qarşılayır. Digər müştərilərlə məsafə saxlamaq üçün arabasız mağazaya daxil olmağa icazə verilmir, kassaya növbə zamanı yalnız iki metrdən bir məsafədə yerə vurulmuş lent üzərində dayanmaq tələb olunur, həmçinin digər şəxslərlə ünsiyyət iki metr məsafədən yaxın dayanmamaq şərtilə olmalıdır. Risk qrupunda olan yaşlı insanlara mağaza və ya aptekə getmək, itlə gəzmək və s. könüllü kömək məqsədilə hər bir bina sakini yaşadığı binanın birinci mərtəbəsində divara vurulmuş vərəqdə öz telefon nömrəsini qeyd edərək köməyini təklif edir.  

         Əhalinin sosial durumuna gəldikdə isə hazırki vəziyyətlə əlaqədar müvəqqəti işləməyən insanlar əmək haqqı almağa davam edirlər, bütün işsiz vətəndaşlar isə dövlət tərəfindən həm ev kirayəsi, həm də gündəlik ehtiyaclar üçün sosial yardım alırlar ki, bu məbləğ həm qida, həm də bahalı olmayan geyimə olan ehtiyacın ödənilməsi üçün kifayət edir. Uşaqlar isə valideylərin işləyib-işləməməsindən asılı olmayaraq, 18 yaşadək 204-235 avro (ailədə neçənci uşaq olmasından asılı olaraq) uşaqpulu alırlar.  18 yaşı tamam olmuş təhsilini davam etdirən gənclər isə işləyənə qədər uşaq pulu alırlar. Tibbi sığortaya gəldikdə isə, Almaniyada  tibbi sığorta icbaridir - bütün işsiz vətəndaşlar dövlət hesabına, işləyənlər isə ailələri ilə birgə iş yeri hesabına sığortalanırlar. Yeri gəlmişkən dermatolog, allergoloq və s. kimi yüksək tələbatlı həkimin qəbuluna bəzən 5-6 ay əvvəl yazılmaq lazımdır. Ümumiyyətlə həkimlərə artan tələbatı nəzərə alaraq əminliklə söyləmək olar ki, istənilən sahə üzrə həkimin Almaniyada işsiz qalması mümkünsüzdür.

                             

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetinin Baş redaktoru

08.04.2020

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union