“Beynəlxalq Əlillər Cəmiyyəti” Biləsuvarda tədbir keçirdi

“Beynəlxalq Əlillər Cəmiyyəti” Biləsuvarda tədbir keçirdi
“Beynəlxalq Əlillər Cəmiyyəti” Biləsuvarda tədbir keçirdi

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏCİB)  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya" adlı layihəsinin icrasını Biləsuvar rayonunda şəhid ailələri və digər imtiyazlı şəxslərlə görüşü ilə davam etdirdi. Görüşdən əvvəl layihə iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dualar oxuyub, məzarları üzərinə qərənfillər düzdülər.

Bu gün keçirilən görüş IV İmam Zeynalabddinin nəslinin layiqli davamçılarından biri, cənub zonasının sayılıb-seçilən şəxsiyyətlərindən, Bəydili kəndinin ən nüfuzlu ağsaqqalı, dini alim rəhmətlik  Hacı Mir Taha Ağanın övladlarının yaşadığı yurdunda təşkil olundu. Öncə bütün şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açan sədr və layihə rəhbəri Tahir Xudiyev BƏCİB-in fəaliyyəti, layihənin və bu görüşün məqsədi barədə  qısa məlumat verdi. Sonra şəhid ailələri, əlilliyi olan insanlar və digər imtiyazlı şəxslər öz probemlərini söyləyərək ictimai birlikdən dəstək olmağı xahiş etdilər. Onlarla maarifləndirici söhbətlər aparıldı, problemləri qeydiyyata alındı.

Tədbirdə iştirak edən Biləsuvar RİH şöbə müdiri Bəhruz Mirzazadə və Biləsuvar RİH Bəydili Kənd icra nümayəndəsi Adil Cəfərov da onların problemləri ilə tanış olduqlarını və bu problemlərin həllində imkan daxilində köməklik göstərməyi  ictimai birlikdən xahiş etdilər.

Layihə iştirakçıları BƏCİB-in İdarə Heyəti üzvləri - şəhid polkovnik-leytenant Rəşad Quliyevin anası Mətanət Quliyeva, əməkdar jurnalist Zərnişan Azayeva, Məlahət Abdullayeva və BƏCİB-in üzvü, 2-ci qrup Qarabağ müharibəsi əlili, Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) qardaşı Səxavət Məhərrəmovun hər biri ayrı-ayrılıqda öz fikirlərini bildirdilər.

Müqəddəs Məhərrəm ayına təsadüf edən tədbirin sonunda şəhid ailələri və digər imtiyazlı şəxslər üçün Mir Taha Ağanın övladları tərəfindən İmam ehsanı verildi.

Mətbuat Xidmətindən

08.07.2025

Новости
“Beynəlxalq Əlillər Cəmiyyəti”     “Dünya” TV-nin efirindən “Biz Sizinləyik” dedi

“Beynəlxalq Əlillər Cəmiyyəti” “Dünya” TV-nin efirindən “Biz Sizinləyik” dedi

12.06.2025
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB   Agentliyin dəstəyi ilə   yeni layihəyə start verib

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Agentliyin dəstəyi ilə yeni layihəyə start verib

02.06.2025
QHT-lər şəhid anası ilə dövlət məmurları və  ictimaiyyətin görüşunu təşkil etdi

QHT-lər şəhid anası ilə dövlət məmurları və ictimaiyyətin görüşunu təşkil etdi

06.11.2024
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union