"Beynəlxalq Əlillər Cəmiyyəti” fiziki qüsurlu uşaqlar üçün ekskursiya təşkil etmişdir
Fiziki qüsurlu insanların həyata inteqrasiyasına imkan daxilində daim diqqət və qayğı göstərən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi 13 may 2012-ci il tarixində İB-in üzvü olan 36 nəfər fiziki qüsurlu uşaqlar və üzvlərin əlil övladlarını Azərbaycan Milli Elmlər Akademiyası Mərdəkan Dendrarisinə ekskursiyaya aparmışdır. Bu bağda həftənin bütün günlərində insanların istirahət etməsi üçün hər cür imkanlar var. Təbiətin, memarlığın və insan qayğısının şah nümunəsi olan bu Dendrariyə ekskursiyanın keçirilməsinə Cəmiyyətin Novxanı Nümayəndəliyinin koordinatoru Lalə Abuzərovanın və könüllü olaraq Cəmiyyətin işinə daimi yaxından köməklik göstərən Sayad xanım yaxından köməklik göstərmişlər. Əsası Bakı milyonçusu, görkəmli alim Murtuza Muxtarov tərəfindən qoyulan, təbiətin bu qeyri-adi gözəl guşəsi olan bağda gəzinti uşaqlarda yüksək əhval-ruhiyyə yaratdı ki, bu da onların sevincinə səbəb oldu və səhhətlərinə müsbət təsir göstərdi.
Onu da qeyd etmək istəyirik ki, Dendrariyə ekskursiyanın pullu olmasına baxmayaraq, direktor Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov əlil və əlil övladlarına xüsusi qayğı göstərərək onların bağda təmənnasız istirahətinə şərait yaratdı. Bunun üçün ona dərin təşəkkürümüzü bildiririk.
Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.
От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.
Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı
AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;
AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD