"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in əməkdaşları məhbus ailələrində olmuşlar

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbuslar və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihə həyata keçirir.

Layihənin həyata keçirilməsində əsas məqsəd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Cəzaçəkmə Müəssisələrində cəzaçəkən əlil məhbusların və onların himayəsindəki xüsusi qayğıya ehtiyacı olan ailə üzvlərinin tibbi, sosial reabilitasiyası ilə yanaşı əmək və məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar maarifləndirmə işi aparmaqdan, onların cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə kömək etməkdən ibarətdir.

Layihə çərçivəsində İB indiyədək 14, 4, 7, 10 Cəzaçəkmə Müəssisələrində olumş, onların ailələrində olan problemləri qeydiyyata götürmüşdür. İB bu yaxınlarda bir neçə məhbus ailələrində olmuş, onların problemləri ilə yaxından tanış olmuşdur.

Bunlardan 22 may tarixində 14 saylı CÇM-da cəzaçəkən Hüseynov Teymur Tofiq oğlunun ailəsində olduq. Teymurun anası, ruhi xəstə olan qardaşı, həyat yoldaşı və 2 azyaşlı uşağı evdə idi. Hüseynovlar ailəsi Qaradağ rayonu, Heybət dəmiryol stansiyasının həyətində, acınacaqlı bir şəraitdə yaşayırlar. Həyat yoldaşı Cəfərova Gülarə Hüseynqulu qızı ilə bir neçə ildir ki, ailəlidirlər. Lakin Gülarə xanımın söylədiyinə görə, kəbin kəsmək üçün Sabunçu rayonu VVAQ-da onlardan 200 manat rüşvət istəmişdilər. Lakin ailənin maddi durumunun çox acınacaqlı olması üzündən onlar bu pulu verə bilmədikləri üçün bu vaxtadək kəbinsiz yaşayıblar. Teymurun dediyinə gör, kəbinləri olmadığı üçün həbsxanada öz uşaqları ilə görüşünə icazə vermirlər.

26 may tarixində 14 saylı CÇM-da cəzaçəkən Kərimov Sübhan Faiq oğlunun Sumqayıtda yaşayan ailəsində olarkən məlum oldu ki, onun həyat yoldaşı Könül Kərimova Sumqayıt Tibb Texnikumunu bitirsə də işsizdir. Onların azyaşlı övladı eyvandan yıxılıb ağır kəllə-beyin zədəsi aldığından, dediyinə görə neyrocərrahiyyə xəstəxanasında müalicəyə böyük ehtiyacı var. Lakin maddi durumu çox pis olan ailənin uşağı müalicə etdirməyə imkanları çatmır, odur ki, müalicəni dayandırıblar. Könül xanım öz ixtisası üzrə işlə təmin olunması və övladının müalicə olunması üçün köməklik göstərilməsini xahiş etdi.

27 may tarixində isə baş çəkdiyimiz 4 saylı qadın Cəza Çəkmə Müəssisəsində cəzaçəkən Talıbova Fatma Almaz qızının həyat yoldaşı Talıbov Yaqub hər iki gözdən əlildir, ayaqları tutulduğu üçün yataq xəstəsidir, həm də bronxial astama xəstəliyindən əziyyət çəkir. Qızı, kürəkəni və iki azyaşlı nəvələri ilə Corat qəsəbəsində bağ evində kirayədə yaşayırlar. Yaqub kişinin əvvəlki həyat yoldaşından olan iki oğlu Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olublar. Xəstəyə baxan yoxdur. Ailənin və xəstənin vəziyyəti həqiqətən də çox pisdir. İB əməkdaşları Yaqub kişiyə bronxial astma xəstəliyi üçün olan aerozol Beratek dərmanı vermişdir. 74 yaşlı astma xəstəsi, iki gözdən əlil, yataq xəstəsi Yaqub kişi düşdüyü vəziyyəti nəzərə alaraq ona quluq etməsi üçün 4 saylı CÇM-da cəzaçəkən həyat yoldaşı Talıbova Fatma Almaz qızının əfv olunmasını möhtərəm Prezidentimizə çatdırmağı İB-ın əməkdaşlarından xahiş etdi.

Новости
background gradient

Информация о пожертвовании

Этот банковский счет Общественного объединения «Международное общество инвалидов» очень нуждается в финансовой помощи доброжелателей.

От имени сообщества мы заранее благодарим вас за все сделанное добро.

Azərbaycan Beynəlxalq Bankının “Sənaye” Filialı

AZ 82 IBAZ 38090 01 944 2609752 211- AZN;

AZ 72 IBAZ 38190 01 840 2609752 211- USD

Коалиции

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union

Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyi

International Agency for Disabled People” Public Union